× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
Qubada “ABAD” Mərkəz və “ABAD” Məktəb açıldı
07.12.2017
Qubada “ABAD” Mərkəz və “ABAD” Məktəb açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər.

Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

Sonra dövlətimizin başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxdı.

Qeyd edildi ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

“ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq. Məktəbin maddi-texniki təchizatı "Paşa Holdinq"in dəstəyi ilə təmin edilib. 

Dövlətimizin başçısı cənab İlham Əliyev görüşdə çıxış zamanı "ABAD"ın fəaliyyətini də qeyd etdi:

"Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir".

Kompleksin əməkdaşı Fəxriyyə Balakişiyeva da çıxışı zamanı Qubada “ABAD" mərkəz və “ABAD məktəb”in açılışından danışdı:

-Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən də öz adımdan Sizi salamlayıram. Bu gün Qubada istifadəyə verilən “ASAN xidmət”lə yanaşı, “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” mərkəzi də fəaliyyət göstərəcək. Bu, region sakinlərini hədsiz dərəcədə sevindirir. Çünki sakinlərimizin əksəriyyəti kənd təsərrüfatı ilə, sahibkarlıqla məşğuldur və onların dəstəyə ehtiyacı var. Artıq “ABAD” mərkəzinin regionumuza gəlməsi nəticəsində həmin şəxslərə dəstək veriləcək, onlar öz zəhmətlərinin qarşılığını görəcək və daha səylə çalışacaqlar.

Eyni zamanda, Quba şəhərində ilk “ABAD məktəb” də fəaliyyətə başlayacaq. Regionumuzda Azərbaycanın adət-ənənələrini özündə əks etdirən və vaxt keçdikcə itməkdə olan kifayət qədər peşə sahələri var ki, məhz “ABAD məktəb”lər sayəsində həmin peşələr də təkrar inkişaf edəcək və iqtisadiyyatımıza töhfə verəcək. “ABAD məktəb”in yaradılması ilə məhz regionumuzun rifahı yüksələcək, vətəndaşlarımızın həyat səviyyəsi daha da yaxşılaşacaq.

Sizin də vurğuladığınız kimi, artıq kiçik ailə biznesi ilə məşğul olan şəxslər də, kiçik və orta sahibkarlar da iqtisadiyyata, sosial inkişafa öz töhfələrini verəcəklər.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar