× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur
20.09.2018
“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur

20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku”da I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçirilir.

Sərgidə “ABAD” publik hüquqi şəxs də öz stendi ilə təmsil olunur. Tədbirin ilk günü stenddə ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri sərgi iştirakçı və zqonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Şirkətin cari ilin may ayında təşkil etdiyi “World Food Azerbaijan 2018” sərgisində də həmçinin “ABAD” stendində ABADçılar tərəfindən istehsal olunan qida məhsulları böyük rəğbət qazanmışdır. Bu sərgidə də “World Food Azerbaijan 2018” sərgisində də olduğu kimi "ABAD"ın iştirakı "Paşa Holdinq"in dəstəyi ilə baş tutub. 

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar