× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
Daha bir “ABAD” satış mərkəzi “Fairmont Baku”da fəaliyyətə başladı
26.09.2018
Daha bir “ABAD” satış mərkəzi “Fairmont Baku”da fəaliyyətə başladı

“ABAD”ın yeni, sayca 9-cu etno-butiki Bakı şəhərində yerləşən beş ulduzlu otellərdən biri olan “Fairmont Baku, Flame Towers”da fəaliyyətə başlayıb.

Satış mərkəzi xarici qonaqların və yerli sakinlərin Azərbaycan mədəniyyəti nümunələrinə olan marağının və tələbatının təmin edilməsi, ailə təsərrüfatları və dekorativ-tətbiqi xalq sənətkarları tərəfindən istehsal edilmiş məhsulların satışına əlavə dəstək göstərilməsi üçün yaradılıb. Burada ABAD-çıların əl işləri, suvenirlər, həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendləri satışa çıxarılıb. Bundan başqa etno-butikdə xüsusi dizaynlı “Azərçay” məhsulları da təqdim olunur.

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar