× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD”çılara dəstək mexanizmi genişləndirilir

“ABAD” publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə dəstək göstərilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa start verdilər. “ABAD” publik hüquqi şəxs mikro, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə, sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə “ABAD”çılara (“ABAD”-ın müşayiəti ilə yaradılan və ya “ABAD”a qoşulmaqla öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlıq subyektləri) biznes-planlaşdırma, konsaltinq, marketinq, brendinq, dizayn, mühasibatlıq, hüquqi yardım, logistika işinin və satışların təşkili kimi dəstək xidmətləri göstərilir. SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsi ilə “ABAD”çılara güzəştli kreditlərin verilməsi də “ABAD”ın növbəti dəstək mexanizmidir.Belə ki, 2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus üç investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə SİF “ABAD”çılara 110 min manat güzəştli kredit vəsaiti ayırıb. “Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil kredit təşkilatı qismində çıxış edib. Maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir. Birgə əməkdaşlıq “ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılmasına, ailə təsərrüfatlarının rəqabət qabiliyyətinin, həmçinin, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, xüsusilə də ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəkdir.


Şimali Makedoniya “ABAD” təcrübəsini öyrənir

27 – 30 iyun 2022-ci il tarixində Şimali Makedoniyanın informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaq, eləcə də gələcək əməkdaşlıq barədə yol xəritəsinin hazırlanması, hüquqi çərçivənin yaradılması, həmçinin ölkəmizin qabaqcıl modeli olan “ASAN xidmət”in Şimali Makedoniyada tətbiqi istiqamətində müzakirələrin aparılması olub. Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşüb. Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib.  Cənab sədr nümayəndə heyətini həmçinin “ABAD”ın fəaliyyəti ilə tanış edib. Qeyd olunub ki, əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.  Görüş sonunda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Şimali Makedoniyanın informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitini “ABAD”çıların əl işi Azərbaycan milli-mədəniyyətinə xas olan suvenir hədiyyə edib.


“ABAD”ın yeni etno-butiki Şərq Bazarında

6 iyun 2022-ci il tarixində “Paşa Holding”in dəstəyi ilə yenicə restavrasiya edilmiş Şərq Bazarında “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutdu. Açılış zamanı ölkə prezidenti və birinci xanım "ABAD"ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək "ABAD" məhsulları ilə yaxından tanış oldular.Şərq bazarı 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı. 2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu binanın yenidən qurulması işlərinə start verildi.  Beləliklə, "Şərq Bazarı" yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar