ABADçı: Məhəmməd Süleymanov | Region: Astara | Ət məhsulları
Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində dünyaya gələn Məhəmməd Süleymanov kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi sahəsində uğurlu sahibkarlardan biri kimi tanınır. Ali təhsilli olan Məhəmməd bəyin ailəsi onun fəaliyyətində böyük dəstək göstərir. Xüsusilə də həyat yoldaşı, ixtisasca müəllimə olan Elmina xanım ailə biznesinin formalaşmasında mühüm rol oynayır.
Məhəmməd Süleymanov artıq iki ildir ki, meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğuldur. Bu sahəyə başlamadan öncə Məhəmməd bəy bazarı öyrənmiş, tələbatı araşdırmış və keyfiyyətli məhsullara ehtiyac olduğunu görmüşdür. Əvvəllər müxtəlif sahələrdə topladığı təcrübə isə ona bu işdə düzgün qərar verməyə imkan yaratmışdır.
“ABAD”ın göstərdiyi dəstək onun sahibkarlıq fəaliyyətində yeni bir mərhələnin başlanğıcı oldu. Məhz Balakən regional “ABAD” mərkəzinə müraciət etməklə fəaliyyətinə başlamış, burada verilən məsləhətlər və təqdim olunan dəstək mexanizmləri sayəsində qısa müddətdə işini sistemli şəkildə qurmuşdur. “ABAD”ın yaratdığı imkanlar onun satış təcrübəsi olmadan belə işə əmin addımlarla başlamasına şərait yaratmışdır.
Bu gün Məhəmməd Süleymanovun ən böyük arzusu və məqsədi Azərbaycan
bazarında öz brendini tanıtmaq və gələcəkdə fəaliyyətini daha da genişləndirməkdir.
Onun hazırladığı məhsullar müxtəlif satış mərkəzlərində, həmçinin supermarketlər
şəbəkəsində təqdim olunur. İstehsal etdiyi məhsullar arasında müxtəlif meyvələrdən
hazırlanmış mürəbbələr – qızılgül, qoz, şaftalı və digər növlər xüsusi yer
tutur.