× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Gülnarə Hacıyeva | Region: Bakı | Rəssamlıq
Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva Gülnarə Hacıyeva
Gülnarə Hacıyeva 1981-ci ildə Zəngilan rayonu, Həkəri kəndində anadan olub.
20 ilə yaxındır ki, əl işləri ilə məşğul olan Gülnarə xanım bu sahəyə olan marağının əsas qaynağını belə izah edir: “Ailəmizdə nənələrim toxuculuqla məşğul olublar və mən də bu sənətin sirlərini nənəmdən öyrənmişəm. Buna baxmayaraq həvəsim və yaradıcılıq qabiliyyətim daha çox rəssamlığa yönəlmişdi. Düşünürəm ki, sənətə olan sevgim məhz ailəmin bu ənənəsindən qaynaqlanır”
Bu səbəbdən o, 1999-cu ildə Bakı Mədəni-Marif kollecini Xalçaçı-rəssam fakultəsinə daxil olub. Gülnarə Hacıyeva təhsilini başa vurduqdan sonra  Zəngilan rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzində müəllimə kimi fəaliyyətə başlayıb.
Eyni zamanda o, xalça çeşniləri, həmçinin müxtəlif əşyalar üzərində milli ornamentlər və mədəniyyətimizi əks etdirən  rəsmlər çəkməyə başlayıb.
İnsanların onun əl işlərinə maraq göstərdiyini gördükdən sonra bu sahəni daha da inkişaf etdirməyə qərar verib.  Bu məqsədlə Gülnarə xanım təcrübəli ustalarla əməkdaşlığa başlayaraq yaradıcılığını daha peşəkar səviyyəyə yüksəldib. 2018-ci ildə “ABAD”a qoşularaq qurumun təqdim etdiyi xidmətlərdən yararlanmağa başlayıb. “ABAD”ın dəstəyi sayəsində satış imkanlarını genişləndirmək imkanı qazanıb. Bu əməkdaşlıq onun yaradıcılıq fəaliyyətinin daha sistemli və peşəkar istiqamətdə inkişafına təkan verib.
Gələcək planı doğma yurdu olan Zəngilanda xalçaçılıq ənənəsini yenidən canlandırmaq və bu qədim sənətə yeni nəfəs gətirməkdir.
Qeyd edək ki, Gülnarə Hacıyevanın gözoxşayan əl işlərini “ABAD” etno-butiklərindən əldə etmək mümkündür.
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar