“ABAD”çıların istehsal etdiyi təbii qida məhsullarını artıq “Wolt Market” platforması üzərindən sifariş edə bilərsiniz.
İstifadəçilər “Wolt” mobil tətbiqinə daxil olaraq “ABAD”ın qida məhsullarını rahat şəkildə sifariş edə və ünvanlarına çatdırılmasını təmin edə bilərlər.
Bu təşəbbüs “ABAD” məhsullarının daha geniş auditoriyaya çıxarılmasına və yerli ailə təsərrüfatlarının dəstəklənməsinə xidmət edir.