“ABAD” və Özbəkistanın “Sahibkarlığın İnkişafı Şirkəti” Səhmdar Cəmiyyəti arasında görüş keçirilib
10.10.2025
9 oktyabr
tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən
“ABAD” publik hüquqi şəxs və Özbəkistanın “Sahibkarlığın İnkişafı Şirkəti” Səhmdar
Cəmiyyəti arasında qarşı tərəfin təşəbbüsü ilə ikitərəfli görüş keçirilib.
Görüşdə “ABAD”
publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Özbəkistanın Sahibkarlığın
İnkişafı Şirkətinin direktoru Abbasxon Maxamatov və hər iki qurumun rəsmi nümayəndə
heyəti iştirak edib.
Görüşün məqsədi
qurumlar arasında qarşılıqlı tanışlıq, fəaliyyət sahələri üzrə məlumat mübadiləsi
aparmaq və əməkdaşlıq potensialını ümumi şəkildə dəyərləndirmək olub.
Görüş çərçivəsində tərəflər təqdimatlarla çıxış edərək fəaliyyət
istiqamətləri, layihələr və sosial-iqtisadi təşəbbüslər barədə məlumat veriblər.
Tərəflər mikro, kiçik və orta sahibkarlığın inkişafı, ailə bizneslərinin dəstəklənməsi,
innovativ yanaşmalar və sosial təşəbbüslərin təşviqi sahəsində təcrübələrini
bölüşüblər. Şirkətin direktoru Abbasxon
Maxamatov “ABAD”ın fəaliyyətini
yüksək dəyərləndirərək onun sosial-iqtisadi inkişaf sahəsində təqdirəlayiq
nümunə olduğunu vurğulayıb.