23 oktyabr 2025-ci il tarixində PAŞA Events-in təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Qafqazda və Azərbaycanda ilk dəfə keçirilən 1-ci “Ailə və Evlilik Sərgisi”nin açılış mərasimi baş tutub.
Sərginin əsas məqsədi ailə dəyərlərinin təşviqi, toy mərasimlərinin təşkili üçün lazım olan məhsul və xidmət sektorlarının bir araya gətirilməsi, eləcə də yerli istehsalın, dizaynın və yaradıcı bizneslərin tanıdılmasıdır. Tədbir həm istehlakçılar, həm də sahibkarlar üçün birgə əməkdaşlıq, təcrübə və müxtəlif yanaşmaların mübadiləsi baxımından geniş imkanlar yaradır.
“ABAD” publik hüquqi şəxs sərgidə ölkənin müxtəlif bölgələrindən olan “ABAD”çı ailələrin əl işlərini, milli dekor və suvenir nümunələrini, həmçinin qida məhsullarını təqdim edib. “ABAD” stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, qonaqlar həm məhsullarla tanış olub, həm də onların hazırlanma prosesi barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, sərgi oktyabrın 25-dək davam edəcəkdir.