× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

Leyla Əliyeva gənc arıçılar ilə görüşüb

Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq özlərinin ilk məhsullarını əldə etməyə başlayıblar. Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 nəfər gəncə peşəkar bal istehsalçısı olan “ABAD”çı Yusif Quliyev tərəfindən xüsusi təlimlər keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün zəruri arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb. Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu dəstək bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışının səmərəli təşkilinə xidmət edəcək.


"ABAD" “Gənc arıçı” layihəsində uğurla iştirak edir

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda uğurla davam edir.Layihə IDEA İctimai Birliyi, “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində seçilən 20 gəncə və gənc ailəyə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim proqramı keçirilib.Təlimləri başa vuran gənclər rəsmi nümayəndələr, o cümlədən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən sertifikatlarla təltif olunub, onlara arıçılıq təsərrüfatı üçün lazım olan arı ailələri və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlar təqdim edilib və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.Gənc arıçıların iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün təsərrüfatları mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinq ediləcək və onlara zəruri məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatması üçün yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.Xatırladaq ki, layihə 2021-ci ildən icra olunmağa başlanıb. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners