Ailə Biznesinə Asan Dəstək - "ABAD" ın məhsulları Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışa start verilib. Sözügedən məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir.Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir. "ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.
3 dekabr 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Zəngilan rayonunun Ağalı kəndində yerli sakinlərlə görüş keçirib.Ağalı kənd tam orta məktəbində keçirilən görüş zamanı sahibkar olmaq istəyən iştirakçılara “ABAD”ın fəaliyyəti barədə təqdimat nümayiş etdirilib, həyata keçirilən layihələr və ailə bizneslərinin dəstəklənməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri diqqətə çatdırılıb.Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünləri “ABAD”a qoşulmağa təşviq etmək və “ABAD” tərəfindən onların bizneslərinin inkişafına dəstək göstərməkdir.Təqdimatın yekununda “ABAD”ın fəaliyyəti ilə bağlı sakinləri maraqlandıran suallar cavablandırılıb. Suallar əsasən ailə bizneslərinə göstərilən dəstək mexanizmləri, maliyyə və texniki dəstək imkanları və layihələrə qoşulma prosesi ilə bağlı olub. “ABAD” nümayəndələri tərəfindən sakinlərin maraq dairəsində olan məsələlərə aydınlıq gətirilib.Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlərin “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslərin ən yaxın zamanda həyata keçirilməsi məqsədilə qeydiyyatı aparılıb.Qeyd edək ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Turizm Agentliyinin əməkdaşları da iştirak ediblər.
4 dekabr 2024-cü il tarixində Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar arasında görüş keçirilib. Görüş çərçivəsində TİKA-nın sosial layihələrə dəstəyi nəticəsində "ABAD"a məhsulların daşınması üçün xüsusi nəqliyyat vasitəsi təqdim edilib. Görüşdə, həmçinin TİKA Mərkəzi Asiya və Qafqaz Departamentinin rəhbəri Ali Özgün Öztürk və TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik də iştirak edib. Görüş zamanı "ABAD" ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıq və birgə həyata keçirilən layihələr müzakirə olunub. Rüfət Elçiyev TİKA tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. TİKA-nın sədri Sərkan Kayalar isə "ABAD"ın fəaliyyətini yüksək qiymətləndirdiyini və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd edək ki, 2017-ci ildən etibarən “ABAD” və TİKA sıx əməkdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində İçərişəhər “ABAD” etno-butiki TİKA-nın da dəstəyi ilə təmir olunmuş, həmçinin Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi TİKA tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilmişdir.
“ABAD” publik hüquqi şəxsin azad olunmuş torpaqlarda yaşayan sakinləri ilə görüşləri davam edir. 16 oktyabr 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin başçılığı ilə rəsmi nümayəndə heyətinin Laçın şəhərində işğaldan azad olunmuş ərazilərdə yaşayan yerli sakinlər ilə görüşü baş tutub. Lacinema kinoteatrında baş tutmuş bu görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat nümayiş etdirilib. Bundan əlavə sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcəkdir. Görüşdə Laçın rayonu üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər. Görüşdən sonra “ABAD” publik hüquqi şəxsin rəsmiləri Laçın şəhərində, “Gilabi Ceramics” adı altında fəaliyyət göstərən “ABAD”çının emalatxana və satış məntəqəsinə də baş çəkiblər. Burada hazırlanan əl işləri ilə daha yaxından tanış olublar.
“ABAD” publik hüquqi şəxsin azad olunmuş torpaqlarda yaşayan sakinləri ilə görüşləri davam edir. 15 oktyabr 2024-cü il tarixində Şuşa şəhərində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin yerli sakinlər ilə görüşü baş tutub. Görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat nümayiş etdirilib. Bundan əlavə sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcəkdir. Görüşdə Şuşa rayonu üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.
Oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.Bu gün münasibətilə Füzuli şəhərində təntənəli tədbir keçirilib.Tədbir çərçivəsində “ABAD” publik hüuqi şəxs öz xüsusi sərgi stendi ilə təmsil olunub. Dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilmiş “ABAD” məhsulları rəsmi qonaqlar, yerli və xarici ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin Füzuli şəhəri sakinləri üçün “ABAD” tərəfindən dulusçuluq, rəngkarlıq və vitraj sənətləri üzrə ustad dərsləri təşkil edilib.