× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Şəhid övladları Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyıb. Tədbirdə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edib. Qonaqlara məlumat verilib ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 29 oktyabr 2018-ci ildə Şəkiyə səfərləri çərçivəsində baş tutub. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənətinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərir.Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Diqqətə çatdırılıb ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir. Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış olublar. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil olunub. Səfər şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb. Uşaqlara "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi tərəfindən hədiyyələr təqdim edilib.Ekskursiyanın ardından şəhid övladları yaxınlıqda yerləşən Şəki Xan Sarayını da ziyarət ediblər.


"ABAD"ın 8 yaşı qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının səkkizinci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb."ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun fəaliyyətinə dair video təqdimatla çıxış edib. Təqdimatda qeyd edilib ki, ötən müddət ərzində “ABAD” fəaliyyətini Masallı, Balakən, Quba, Şəki və Tovuz olmaqla 5 regional mərkəz, 9 etno-butik, 2 keramika və tətbiqi sənət mərkəzi, müxtəlif hipermarketlərdə 3 “ABAD” bakaleyası olmaqla, ümumilikdə 25 satış stendi və Quba rayonunda fəaliyyət göstərən istehsalat kompleksləri vasitəsilə həyata keçirib."ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 632 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 481-i sənətkar, 129-u qida, 22-i isə digər xidmət sahələri üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.Tədbir xidməti fəaliyyətində fərqlənən əməkdaşların təltif edilməsi ilə yekunlaşıb.


Leyla Əliyeva gənc arıçılar ilə görüşüb

Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq özlərinin ilk məhsullarını əldə etməyə başlayıblar. Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 nəfər gəncə peşəkar bal istehsalçısı olan “ABAD”çı Yusif Quliyev tərəfindən xüsusi təlimlər keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün zəruri arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb. Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu dəstək bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışının səmərəli təşkilinə xidmət edəcək.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar