× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” gələcək zərgərlər yetişdirir

Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib. Təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat eldə edəcəklər. Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər. “ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar. Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb. Təlimlər peşəkar ABADçı-zərgərlər tərəfindən keçiriləcək. Qeyd edək ki, Quba ""ABAD" Məktəbi 2017-ci ilin 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevin iştirakı ilə baş tutub. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılır, təlimlər keçirilir. Nəzərinizə çatdıraq ki, məktəbin maddi-texniki təchizatı "Paşa Holdinq"in dəstəyi ilə təmin edilib.  


Qida texnoloqu vakansiyası üzrə işçi axtarılır

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentində qida texnoloqu vəzifəsinə vakant yer elan edir: Vəzifə öhdəlikləri: • “ABAD” publik hüquqi şəxsin dəstək verdiyi ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların (bundan sonra “ABAD”çı qida məhsullarının istehsal texnologiyalarının işlənməsi və tətbiqini təşkil etmək;• “ABAD”çı məhsullarının istehsal prosesinin texnoloji xəritələrini və reqlamentlərini hazırlamaq;• “ABAD”çıların yeni məhsullarının istehsal prosedurlarını hazırlamaq;• İstehsal prosesinin bütün mərhələlərində ABAD-çılar tərəfindən texnoloji rejimlərə riayət olunmasının monitorinqini həyata keçirmək;• “ABAD”çıların xammal və hazır məhsulunun qiymətləndirilməsini həyata keçirmək;• “ABAD”çılar tərəfindən istehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;• Ümumi gigiyena qaydalarına əməl olunması və qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək; • İstehsalata gələn xammaldan, hazırlanmış məhsullardan nümunə götürülərək analizlərin aparılması işini icra etmək; • “ABAD”çı məhsullarının hazırlanmadan öncəki və sonrakı keyfiyyət göstəricilərinin qida standartlarına uyğun olub olmadığına nəzarət etmək;• Dequstasiya prosesini hazırlamaq, aparmaq və nəticələrini təhlil etmək;• “ABAD”çı məhsullarının istehsal yerlərində operativ nəzarət və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsini təmin etmək;• “ABAD”çı məhsullarına dair texniki sənədlərin işlənib hazırlanması və bununla əlaqədar təqdimat vermək;• Vəzifəsi üzrə direktor və departament müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.Fəaliyyətinin əsas hissəsini “ABAD” PHŞ-nin regionlarda yerləşən mərkəzlərində həyata keçirəcək.Tələblər:Ali təhsilMüvafiq sahə üzrə 2 il iş stajı(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) orta-yüksək səviyyədəİngilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə) Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 20.08.2018-ci il tarixinədək a.qurbanova@abad.gov.az e-mail ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 444 74 08Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


ABADçı ailələrin yeni məhsulları satışa çıxarıldı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb. Belə ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı və Balakənli ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir:- Ələsgərovlar ailəsinin “Bəh-bəh” brendi altında təqdim olunan iki növ sosislər - bişmiş və hisə verilmiş və südlü sosislər;- Şabanovlar ailəsinin “Bizim nemət” brendi altında təqdim olunan iki növ kolbasalar - kabanossi və krakovskaya kolbasaları;- Hüseynovlar ailəsinin “Talalar” brendi altında təqdim olunan iki növ pendirlər - kaşar və saçaq pendirləri. Yerli bazarda bu məhsullar ənənəvi komponentlərin mükəmməlliyi ilə fərqlənir. Tərkibində 100 faiz yüksək keyfiyyətli məhsullardan istifadə olunur və heç bir kimyəvi qatqı əlavə olunmur. Əlavə olunan təbii ədviyyatlar ət və süd məhsullarına xüsusi dad və ətir verir. Qeyd edək ki, publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”. Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.


“Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı sərgi

14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "ASAN xidmət" və "ABAD"ın təşkilatçılığı ilə “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi baş tutub. Sərginin keçirilməsində məqsəd ABADçı olaraq fəaliyyət göstərən ailələrin xalqımızın estetik baxışlarını, zövq və mənəvi dəyərlərini əks etdirən əl işlərini və ABADçılar tərəfindən istehsal olunmuş qida məhsullarını nümayiş etdirmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaqdır. Tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkəmizdə ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ülvi Mehdiyev daha sonra çıxışında milli irsimiz hesab olunan xalq sənətkarlıq nümunələrinin və qida məhsullarının ənənəvi istehsalının bugünki və gələcək nəsillərə çatdırılmasında ABADın nəcib missiyaya malik oldugunu vurğulayıb. Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə yaxından tanış olub, xoş təəssüratlarını bölüşüblər. Tədbir müasir və klassik musiqilərin səsləndirildiyi bədii hissə ilə davam etdirilib.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar