× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

ABADçılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcəkdir.Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib.Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90%-ni isə kiçik həcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.Bu gün imzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır.Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin Sədri Orxan Hüseynov bildirib ki, bu gün imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz tövhəsini verəcəkdir.Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib. Sonda tədbir iştirakçıları “ABAD”çıların istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgi ziyarətçilər tərəfdən maraqla qarşılanıb.İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD” publik hüquqi şəxs ilə birlikdə belə layihələrin maliyyələşdirilməsini davam etdirəcəkdir.


Avropa İttifaqı və Dövlət Agentliyinin həyata keçirdiyi layihənin yekunları ilə bağlı təqdimat keçirilib

16 fevral 2018-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN xidmət” və “ABAD”a dəstək layihəsinin nəticələrinin təqdimatı ilə bağlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün ASAN-a dəstək” layihəsinin rəhbəri Stiven O”mullan layihə haqqında iştirakçıları məlumatlandırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Avropa İttifaqı arasında münasibətlər sahəsində mütəşəkkil və uğurlu iş aparıldığını vurğulayıb. Qonaq, həmçinin “ASAN xidmət”-in müştəri məmnunluğunun əldə olunmasında xüsusi rolunu, “ABAD”-ın orta və kiçik ailə təsərrüfatının inkişafına dəstəyini qeyd edib. Bildirib ki, müvafiq layihə çərçivəsində xoş xatirələrlə yadda qalan birgə və ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların mühüm tərkib hissəsi kimi “ASAN xidmət”-in və “ABAD”ın yaradılmasını iştirakçıların diqqətinə çatdırıb. Vurğulayıb ki, müvafiq layihə çərçivəsində “ABAD”-ın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər işlər həyata keçirilmişdir. Dövlət Agentliyinin sədri dəstəyə görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ekspertlərə təşəkkürünü bildirib və innovativ fəaliyyətinin təmin edilməsində maraqlı tərəfdaşlığa hazır olduqlarını qeyd edib. “ABAD”ın yaradılması tarixi, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verən qurumun direktoru Rüfət Elçiyev qeyd edib ki, ötən dövr ərzində “ABAD”-ın fəaliyyətinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülüb, ailə təsərrüfatlarının, bizneslərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində dəstək mexanizmləri formalaşdırılıb. Vurğulayıb ki, yaxın müddətdə satış kanallarının artırılması, yeni “ABAD” mərkəzlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri tədbirlərin təşkili nəzərdə tutulur. Layihənin ekspertləri Stiven O`Mullan və Lyübomir Dimov görülmüş işlər, həyata keçirilən zəruri tədbirlər və statistik nəticələr barədə geniş təqdimatla çıxış ediblər. Sonda “ABAD”-çı Arif Nəzirov və Günay İbrahimova onlar üçün göstərilmiş dəstəyə, yaradılmış biznes mühitinə görə təşəkkürlərini bildiriblər və məmnunluqlarını ifadə ediblər.


“ABAD”ın təqdim etdiyi “Kəndli” kolbasası və “Şərəfə” pendiri satışa çıxarıldı

“ABAD” publik hüquqi şəxs tərəfindən dəstəklənən Rəhimovlar və Şükürovlar ailələrinin istehsal etdiyi ət və süd məhsulları satışa çıxarılıb. Belə ki, artıq “Bravo” hipermarketlər şəbəkəsində Masallı rayonundan olan “ABAD”çı Rəhimovlar ailəsinin “Kəndli” brendi altında təqdim olunan kolbasalarını və Şükürovlar ailəsinin “Şərəfə” brendi altında təqdim olunan pendirini əldə etmək mümkündür. Yalnız yerli xammaldan və təbii ədviyyatlardan istifadə olunmaqla hazırlanmış məhsullar özünəməxsus dadı ilə fərqlənir. Hər iki məhsulun tərkibi tam təbiidir və kimyəvi qatqılardan istifadə olunmayıb. “Kəndli” kolbasası etiketinin hazırlanmasında ailə başçısı Əhmədağa Rəhimovun təsvirindən istifadə olunub və hər iki məhsulun üzərində keyfiyyət nişanı olaraq “ABAD” leybli yerləşdirilib. Qeyd edək ki, bu məhsullar “ABAD”ın ailələrə təqdim etdiyi müasir texnologiyalarla təchiz olunmuş monoblok-konteynerlərdə hazırlanır. Bütün zəruri standartlara cavab verən bu avadanlıqlarlar müvafiq texniki sertifikatlara malikdir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.  


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar