× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” “Gənc arıçı” layihəsinin növbəti mərhələsində iştirak edir

  “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq təlim müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımı ləvazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılacaq. IDEA İctimai Birliyi, ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir. Gənc ekosahibkarların iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını “ABAD” stendlərində sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb. Layihədə iştirak etmək istəyən gənclərin 10 Aprel 2024-cü il tarixinədək müraciətlərini IDEA İctimai Birliyininin qaynar xətti 1113 və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Qəbələ Rayon Məşğulluq Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçməsi xahiş olunur.    


“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində 23 nəfərə avadanlıqla təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin birgə təşəbbüsü olan “Potensial ABAD-çılara dəstək” layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində 23 nəfər potensial “ABAD”çıya Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar təqdim edilib. Bununla bağlı keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak edib. Qurum rəhbərləri çıxış edərək layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi daşıdığını vurğulayıblar. Bildirilib ki, qurulan mikro sahibkarlıq subyektləri bazar tələblərinin qarşılanması üçün yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün səy göstərəcək. Qeyd edək ki, layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara “ABAD” tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, mühasibatlıq, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək. Bununla da işsiz vətəndaşların məşğulluğu təmin olunaraq mikro sahibkarlar formalaşmış olacaq.


“ABAD” Xəzər Rayonu sahibkarları ilə daha sıx əməkdaşlıq edəcək

19 dekabr 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi mövzusunda iclas keçirilib.İclasda RİH başçısının I müavini Elşən Qurbanov, RİH başçısının müavini Əfsar Mirzəliyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı, departament müdirləri, RİH başçısı Aparatının şöbə müdirləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak edib.Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayaraq, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat verdi. Elşən Qurbanov həmçinin “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açdı.Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABAD”ın fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. Bundan başqa o, görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında geniş məlumat verib.Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar