× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

"Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı baş tutdu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verdi.Bildirildi ki, “ABAD Factory” bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur. Layihə “PASHA Holding” tərəfindən ayrılan qrant əsasında həyata keçirilib. Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.Qeyd olundu ki, bu müəssisə vasitəsilə həm “ABAD”çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.Xatırladaq ki, “ABAD” Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, “ABAD” fəlsəfəsi əsaslı reallaşmaqdadır. İlin 10 ayının yekununda “ABAD” 500 ailəyə dəstək göstərib. Nəticədə “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun “ABAD” vasitəsilə satışı həyata keçirilib.


"ABAD" nümunəsi beynəlxalq tədbirdə diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İslam İnkişaf Bankının (İİB) birgə təşkilatçılığı, eləcə də Asiya İnkişaf Bankının və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun tərəfdaşlığı ilə “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilən ikihissəli tədbirin birincisi baş tutub.Vebinarın əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində ölkəmizin qabaqcıl təcrübəsi hesab olunan “ASAN xidmət” modelinin, eləcə də Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində görülən işlər və planlaşdırılan layihələr ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq olub. Tədbirdə Tacikistan və Qırğızıstan Respublikaları daxil olmaqla Mərkəzi Asiya regionundan olan ölkələrin dövlət və özəl qurumlarının mütəxəssisləri, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.  Tədbir çərçivəsində “Dövlət xidmətlərinin göstərilməsinin regional perspektivdən təkmilləşdirilməsi: mövcud çağırışlar və inkişaf perspektivləri”, “Dövlət xidmətlərinin göstərilməsində inteqrasiya edilmiş xidmət idarəetməsi və innovasiyaların tətbiqi: “ASAN xidmət” modeli nümunəsi” və “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı ardıcıl sessiyalar keçirilib.Sessiyalarda Dövlət Agentliyinin müvafiq sahələr üzrə ekspertləri qeyd olunan istiqamətlər üzrə geniş təqdimatlar ediblər.  “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı paneldə "ABAD" nümunəsini  “ABAD” PHŞ-nın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova təqdim edib. Bundan əlavə sessiyalarda İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, "CAREC" İnstitutunun və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri də çıxış ediblər. Sözügedən mövzuda müxtəlif sessiyaları əhatə edəcək növbəti vebinarın 17 noyabr 2021-ci il tarixində həyata keçirilməsi planlaşdırılır.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar