× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD” qida məhsulları artıq Qazaxıstanda

“ABAD” qida məhsulları artıq Qazaxıstanda“ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları Turan Özbahçeci Group layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə Qazaxıstana ixrac edilməyə başlayıb.  İlk öncə məhsullar Qazaxıstanın Aktau şəhərində Grandmart supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb.Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürrəbbələr - badımcan, qarpız, heyva, qoz, zoğal və s., “ABAD”çı Məmmədlilər ailə təsərrüfatının badımcan kürüsü, Nəcəfovlar ailəsinin tərəvəz konservaları, Səbzəliyevlər ailəsinin küncüt yağı və kokos unu, İsmayılovlar ailəsinin “Xəmsə” çayları, Həsənovlar ailəsinin “Narlı” sousları, Paşayevlər ailəsinin qarabaşaq və düyü unları kimi məhsullar təqdim olunur. Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının ixracı gözlənilir. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “İdeyadan rəflərə”dək verilən dəstək əsnasında iki istiqamətdə olan - dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı - “ABAD”çı məhsulları müvafiq olaraq “ABAD” etno-butikləri və müxtəlif marketlər şəbəkələrində yerləşən “ABAD” stendlərində satışa çıxarılır.


Heyvan kəsimi fəaliyyəti ilə məşğul olanların nəzərinə!

“ABAD" PHŞ və AQTA-nın birgə layihəsi olan “Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi” layihəsinin ikinci mərhələsinə start verilib.İkinci mərhələ “ABAD”çıların seçimindən ibarətdir. Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs "ABAD"ın rəsmi saytında yaradılmış ABADçı ol funksiyası vasitəsilə müraciət edə bilər. Qeyd edək ki, bu layihə ilə bağlı müraciətlər 2021-ci ilin avqustun 31-dək qəbul edilir.Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə “ABAD”çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək.Məntəqəzoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.  


“ABAD” İçərişəhər etno-butikinin yenilənmiş interyeri təqdim olundu

Etno-butiklərimizin ilki və ən genişi olan İçərişəhər “ABAD” butiki yenilənmiş interyeri ilə Sizləri salamlayır. Burada aparılmış təmir-bərpa işlərindən sonra əsas giriş yenidən ziyarətçilərin üzünə açıq, daxili dizayn isə daha geniş və işıqlıdır. Bərpa zamanı qədim hamamın divarlarının ilkin görkəmi üzə çıxıb və bunun ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qonaqlar gözəl hədiyyə əldə etməklə bərabər, tarixi abidə ilə də daha yaxından tanış ola biləcəklər. Burada yeni VIP hədiyyələr, ev dekoru və xüsusi fotozona bölmələri, həmçinin qədim bazar təsviri təqdim olunur. Qeyd edək ki, “ABAD” İçərişəhər butiki Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə — hamamda yerləşir. Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. Orta əsrlərə aid olan hamam 1964-cü ildə bu ərazizidə arxeoloji-təqdiqat işləri aparılarkən aşkar olunub. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olub. Buna görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Aşkarlandıqdan sonra yenə də uzun illər zamanı qapalı olan hamam “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən istismar üçün "ABAD" publik hüquqi şəxsə təqdim edildikdən sonra, SOCAR və TİKA-nın birgə dəstəyi ilə təmir olunmuş və 2017-ci il martın 18-də “ABAD” etno-butikinin burada fəaliyyətə başlaması ilə yenidən gündəmə qayıdıb. Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 378 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz. Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir: - “ABAD” etno-butiki İçərişəhər filialı; - “ABAD” etno-butiki “Fairmont” filialı;- “ABAD” etno-butiki Bakı Dəmiryolu Vağzalı; - “ABAD” etno-butiki “Duty Free” filialı; - “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı; - “ABAD” etno-butiki Dəmirçi kəndi filialı; - “ABAD” etno-butiki Qəbələ filialı; - “ABAD” etno-butiki Şəki filialı; - “ABAD” etno-butiki Masallı filialı.  


"Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi uğurla başa çatıb

2 iyul 2021-ci il tarixində "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar. 2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq, maliyyə uçotu və hüquqi xidmətlər kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar. 200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 23-ü qadınlar tərəfindən idarə olunur. O cümlədən 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə "ABAD" etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək. Həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə də yerində tanış olublar.  “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa , BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar