× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD” etno-butikinin yenilənmiş interyeri təqdim olundu

Noyabrın 16-da 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin nəzdində fəaliyyət göstərən “ABAD” etno-butikinin yenilənmiş interyeri təqdim olunub.Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 334 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz.Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir:-       “ABAD” etno-butiki İçərişəhər filialı;-       “ABAD” etno-butiki “Fairmont” filialı;-       “ABAD” etno-butiki “Duty Free” filialı;-       “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;-       “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;-       “ABAD” etno-butiki Qəbələ filialı;-       “ABAD” etno-butiki Şəki filialı;-       “ABAD” etno-butiki Masallı filialı;-       “ABAD” etno-butiki Milli Gimnastika Arenası filialı (yalnız iri beynəlxalq yarışlar zamanı).


İsrail səfiri “ABAD”ın qonağı olub

14 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin və İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələri arasında görüş keçirilib.Görüşdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Dövlət Agentliyinin şöbə müdiri Əbdül Əliyev və digər şəxslər iştirak ediblər.Qonaqlara “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.Həmçinin bildirilib ki, “ABAD” bu günədək 467 sahibkara xidmət göstərib və onlardan 419-u hazırda “ABAD”çı kimi fəaliyyət göstərir. ”ABAD” öz fəaliyyətində səmərəliliyi artırmaq məqsədi ilə mütəmadi olaraq beynəlxalq qurumlar ilə əməkdaşlıq edir.Qonaqlara “ABAD”ın həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin məhsullar barədə təqdimat edilib.Səfir “ABAD”ın yalnız Azərbaycan üçün deyil, həmçinin dünya təcrübəsində də yeni və perspektivli bir model olduğunu vurğulayıb və fəaliyyətdə uğurlar arzulayıb. Əməkdaşlıq çərçivəsində “ABAD”ın İsrail Dövlətində müvafiq sərgi və tədbirlərində təmsil olunması, Səfir, İsrail mütəxəsislərinin “ABAD”çılara təlim keçmək məsələsini nəzərdən keçirəcəklərini diqqətə çatdırıb.İsrail tərəfi mikro, kiçik və orta sahibkarlığa dəstək baxımından “ABAD” tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.Sonda səfirlik əməkdaşlarına “ABAD” məhsulları hədiyyə olunub.


“ABAD”ın yaradılmasından 4 il ötür

Bu gün “ABAD” publik hüquqi şəxsin yaradılmasının 4-cü ildönümüdür. “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrini həyata keçirilir. Həmin layihələrin icrasının təmin edilməsi məqsədi ilə yerli, xarici və beynəlxalq şirkət və təşkilatlarla əməkdaşlıq münasibətləri qurulub və investisiyalar cəlb edilib. Qeyd edək ki, istehsal olunan məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir. “ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, brendinq və dizayn, mühasibatlıq, təlimlər, hüquqi yardım, qablaşdırma, logistika və ən əsası, satışın təşkili daxildir. Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini Masallı, Balakən, Quba, Şəki, İmişli və Tovuz olmaqla 6 regional mərkəz, 10 etno-butik (İçərişəhər, Hava Limanı, Dəmiryolu vağzalı, Fairmont Baku mehmanxanası, Milli Gimnastika Arenası, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi, Masallı “ASAN Həyat” kompleksi, Şamaxı rayonu - Dəmirçi kəndi, Qəbələ rayonu-Tufan dağ dağ-xizək kurortu, Şəki “Keramika və tətbiqi sənət” mərkəzi), 5 “Food Hall” ( İmişli, Şəki, Şamaxı, Kürdəmir və Ağcabədi), Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi, “Bravo” marketlər şəbəkəsində təşkil edilmiş 8 “ABAD” bakaleyaları və stendləri (Koroğlu, Babək, Əhmədli, 20 Yanvar, Gənclik Mall, 28 Mall, Dəniz Mall və Şokolad Tower), 22 ədəd istehsal konteyneri (10 ədəd Masallı və 12 ədəd Balakən), iki “ABAD Factory” (Quba “ABAD Factory” İstehsalat Kompleksi və Tovuz “ABAD Factory” Bitkilərin Qurudulması və Emalı Fabriki) və iki "ABAD" Məktəb (Quba və Tovuz) vasitəsilə həyata keçirib. “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 466 ailəyə dəstək göstərib, hazırda onlardan 419-u (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”ın dəstək göstərdiyi “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb. Yaxın persprektivdə "Paşa Holdinq"in dəstəyi ilə Quba “ABAD Factory” 2 (Qablaşdırma və İstehsalat Kompleksi), Nardaran Keramika və Tətbiqi Sənət mərkəzinin açılışı, dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar