× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.Belə ki, Şəki “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 şəxsə (İT üzrə 33 nəfər, bağçılıq üzrə 16 nəfər) həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.Təlimlər tələbata müvafiq 4 fərqli sahə üzrə aparılır: rəssamlıq, İKT, şahmat və bağçılıq. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz şəkildə təşkil olunur."ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.Hazırda təlimlər davam edir. Mütəmadi xarakter daşıyan şahmat təlimləri şahmat haqqında ilkin təsəvvürün yaradılması və lövhə üzərində gedişlərin öyrədilməsi üzərində, rəssamlıq təlimləri rəngləmə, boyama, müxtəlif fiqurların qurulma texnikalarının öyrədilməsi üzərində, bağçılıq təlimləri regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi üzərində,  İKT sahəsi üzrə təlimlər isə Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. Təlimlər bu ildən daha da genişləndiriləcəkdir.


“ABAD” təqdim edir: “Sevmeli by Tunzale”

Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni ABADçı və onun hazırladığı qida məhsulunu təqdim etdi.Bu dəfə ABADçılar sırasına Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva qoşuldu. Sənətkar xanım “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.ABADçı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən xalq artisti ABADçı adını qazanaraq öz məhsulunu ABADın dəstəyi ilə istehsal edir.“ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu “Fairmont Baku, Flame Towers” və İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir


"ABAD"ın dəstəyi ilə keçirilən “ASAN Peşə” kurslarını bitirmiş şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.Belə ki, İmişli “ASAN Həyat” kompleksində "ABAD" təlimçiləri vasitəsi ilə 2019-cu ilin sentyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 28 şəxsə (İT üzrə 19 nəfər, dərzilik üzrə 9 nəfər)  həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları başa vuran şəxslərə sertifikatlar təqdim olunub.Təlimlər tələbata müvafiq 3 fərqli sahə üzrə aparılır: dərzilik, İKT və aqrar sənaye. İştirak üçün yaş məhdudiyyəti yoxdur və ödənişsiz şəkildə təşkil olunur."ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.Təlimlər davam edir. Mütəmadi xarakter daşıyan İT sahəsi üzrə təlimlər Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. İT təlimlər bu ildən daha da genişləndiriləcək. Bu, "ABAD" və “Expressbank”ın əməkdaşlığı sayəsində reallaşacaq.


"ABAD" publik hüquqi şəxsin 2019-cu il hesabatı

“ABAD” publik hüquqi şəxs 2019-cu il ərzində də öz fəaliyyətini uğurla davam etdirdi. Bir il ərzində ABADçıların sayı 105 nəfər artaraq 421-ə çatıb.Cari ildə mərkəzlərin də sayında artım olub. Belə ki, "Paşa Holdinq"in dəstəyi ilə 4 yeni “ABAD” Bakaleyası  və stendi “Gənclik Mall”, “20 yanvar” m/s yaxınlığı, “Babək” prospekti və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərində açılaraq sayları 5-ə çatıb. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələrinin satışının yer aldığı “ABAD” etno-butiklərin də sayı artaraq 9-a çatıb. Belə ki, artıq Masallı “ASAN Həyat” kompleksi ərazisində də yeni satış mərkəzi fəaliyyət göstərir.Bundan başqa, Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində daha bir “ABAD Food Hall” fəaliyyətə başlayıb. “ABAD” PHŞ əməkdaşları və ABADçılar Yaponiya, Malayziya, Çin, Xorvatiya, Türkiyə kimi ölkələrdə bir çox yerli və beynəlxalq təlim və sərgilərdə iştirak edib.2019-cu ildə “ABAD”ın fəaliyyəti çərçivəsində yaddaqalan tədbirlərdən biri də Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun keçirilməsi oldu. İki həftə ərzində Azərbaycan da daxil olmaqla 15 ölkədən olan xarici iştirakçı-keramistlər Mərkəzdə açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaratdılar.Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Artıq “Bravo” marketlər şəbəkəsində ABADçı istehsalı olan təbii yeni pendir və kolbasa növləri, kompotlar; meyvə şirələri və digər içkilər; pomidor turşusu; badımcan kürüsü; balqabaq tumu, qara zirə, kokos, badam və kərə yağları; meyvə quruları, un, çay, sarımsaq tozu, pelmeni, vareniki, düşbərələr, fındıq əzmələri əldə etmək mümkündür.İl ərzində “ABAD” publik hüquqi şəxs Memorandum və Niyyət protokolu imzalayıb. Memorandum “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair, Niyyət Protokolu isə “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında imzalanıb.2019-cu ilin fevral ayında “ABAD” publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar