× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD” 3 yaşını qeyd edir

“ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.“ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi təmannasız xidmətlər göstərir.“ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb. Hazırda Azərbaycanın 39 bölgəsindən 394 ABADçı - mikro, kiçik və orta sahibkar “ABAD”ın dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində yerləşən “ABAD” Bakaleyalarında təqdim edilir. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri isə “ABAD” etno-butiklərində satışa çıxarılır.Bu ilin sonundadək Tovuz “ABAD” Factory (Bitkilərin Emalı və Qurudulması Fabriki), Qubada qablaşdırma müəssəsi, yeni “ABAD” Məktəbi və Nardaran “ABAD” Keramika və Dekorativ-Tətbiqi Xalq Sənətkarlığı Mərkəzi açılışı nəzərdə tutulur.


Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar

18 sentyabr tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan-Tacikistan Aqrobiznes Forumu çərçivəsində Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri və sahibkarlar Azərbaycanda bir sıra istehsalat müəssisələrinin iş prosesi ilə tanış olublar.Nümayəndə heyəti həmçinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olub.Bildirilib ki, ümumi sahəsi 1500 kvadrat metrədək olan müasir istehsalat kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərirlər. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir. İstehsalat Kompleksi ilə yanaşı, qonaqlara “ABAD”ın yaranma tarixi və sosial innovasiyalar sahəsində kiçik sahibkarlığa dəstək modeli olaraq ümumi fəaliyyəti haqqında da ətraflı məlumat verilib. Qeyd edək ki, “Paşa Holdinq”in dəstəyi ilə qurulan Quba “ABAD Factory” İstehsalat Kompleksinin açılışı 11 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. 


“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görüldü

“ABAD” stendi 12-14 sentyabr tarixlərində “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisində “Ən cəlbedici stend” mükafatına layiq görülüb.Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilib. “ABAD” publik hüquqi şəxs artıq 2-ci ildir ki "Paşa Holdinq"ın dəstəyi ilə “Gift & Promo Fair” sərgisində iştirak edir. Burada ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksessuarlar, zərgərlik və keramika məmulatları, tekstil, oyuncaqlar və müəllif kuklaları sərgiləyib.Sərginin 3-cü günündə isə proqram çərçivəsində təşkil olunmuş defilədə ABADçılar tərəfindən də hazırlanmış əl işləri modellər üzərində nümayiş olunub.Qeyd edək ki, “ABAD”-ın stendini ölkənin tanınmış ictimai xadimləri, KİV nümayəndələri, ziyalılar ziyarət ediblər. ABADçılar tərəfindən hazırlanmış müxtəlif aksesuarlar ziyarətçilər tərəfindən çox böyük maraqla qaşılanıb.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar