× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Avstraliya mediasında

Avstraliyada nəşr olunan və keramika aləmində böyük nüfuza sahib olan İncəsənət və Humanitar Sitatlar İndeksli (AHCI) “Ceramics: Arts + Perception” jurnalında Azərbaycanda Keramika Sənəti və “ABAD” haqqında geniş məqalə dərc olunub. Məqalə Süleyman Dəmirəl Universiteti Tətbiqi Keramika və Araşdırma Mərkəzinin Rəssamlıq Fakültəsi - Keramika və Şüşə kafedrasının müdiri, Dosent Serap Ünal tərəfindən hazırlanıb. Serap Ünal 2019-cu il may ayının 21-i Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutmuş "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun ayrılıqda 15 ölkəni təmsil edən 25 iştirakçısından biri olub. O, həm Azərbaycan və həm də “ABAD” barədə yaranan yüksək təəsüratlarını jurnalın 121-ci nəşrində yayımlanan məqaləsində ətraflı şəkildə ifadə edib. Qeyd edək ki, Avstraliyada nəşr olunan bu jurnalın təsisçisi və naşiri Janet Mansfilddir. Jurnal oxuculara keramika ilə bağlı üç müxtəlif yanaşmanı - elmi, texniki və yaradıcı – təqdim etməklə yanaşı keramika sənəti üçün olduqca vacib olan yeni anlayışların, problemlərin, tənqidi şərhlərin akademiklərdən, peşəkar yazıçılardan və sənət tənqidçilərindən oxuculara çatdırılması üçün geniş platforma yaradıb. Məqalə ilə burada tanış ola bilərsiniz.


“ABAD” – 7 yaş

23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyətə başlamasının 7 illiyinə həsr olunan tədbir keçirilib."Quba ABAD Factory" İstehsalat Kompleksində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən, regionların inkişafına, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən söz açılıb. Eyni zamanda “ABAD” vasitəsilə 7 il ərzində ölkəmizin müxtəlif regionlarında yaşayan şəxslərə dəstək göstərilməklə onlara məxsus minlərlə çeşiddə sənətkarlıq, ərzaq və digər müxtəlif növ məhsulların satışa çıxarıldığı diqqətə çatdırılıb.Vurğulanıb ki, "PAŞA Holding"in dəstəyi ilə qurulmuş Quba “ABAD Factory” 11 oktyabr 2018-ci il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Buradan 5 il ərzində 15 “ABAD”çı ailəsi yararlanıb, onların istehsal etdiyi 83 çeşid məhsul satışa çıxarılıb.Sonda şokolad istehsalı sahəsinin işə salınması baş tutub.~“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir.Bu günə kimi “ABAD” vasitəsilə 579 ailəyə dəstək göstərilib. Onlardan 443-ü sənətkarlıq, 118-i qida və 18-i digər istiqamətlərdir. Satış dinamikası göstərən "ABAD"çılar arasında orta aylıq gəlir 500-1000 AZN arasında dəyişir.


Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhsulları Laçında nümayiş olunub

26 avqust – Laçın şəhəri günüdür. Bu münasibətlə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən bayram şənliyi təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şənliklərdə iştirak ediblər. Tədbirdə “Laçın mənzərələri” adlı rəsm sərgisi, həmçinin Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində hazırlanmış məhsullardan və müxtəlif digər sənətkarların şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər növlərinin də daxil olduğu incəsənət sərgisi açılıb.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər. Qeyd edək ki, Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi "TİKA" və "PAŞA Holding"in dəstəyi ilə 2018-2019-cu illərdə inşa edilərək istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar