× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Azərbaycanda ilk – yerli istehsal olan ADVENT TƏQVİM

Qloballaşma və kütləvi mədəniyyətin tirajlanması sayəsində biz başqa ölkə və xalqlara aid bir çox adət-ənənə və bayramları qeyd edirik. Advent təqvim də, həmçinin Yeni İl və Milad bayramının ayrılmaz bir hissəsidir.Advent təqvim nədir və necə işləyir?Advent təqvim Yeni İl əhvalı üçün ən güclü vasitədir. Bu təqvimlə Sizi, yaxud hədiyyə edəcəyiniz şəxsi Yeni İlə sayılı gün qalmışdan kiçik sürprizlər gözləyir. Ən böyük hədiyyə isə ilin ən vacib gecəsinə təsadüf edir.Yerli bazarda advent təqvimləriHazırda ölkəmizdə bir neçə növ təqvimlər satışdadır: yaradıcı, hədiyyəlik, şirniyyatlı, kosmetik və tematik. Bazar araşdırmaları zamanı təqvimlərin heç birinin yerli istehsal olmadıqları, müxtəlif xarici brendlər tərəfindən təqdim edildiyi bəlli oldu. Və bu “ilk”ə imzanı “ABAD” atdı.“ABAD” advent təqviminin özəllikləri“ABAD”çı İzzət Muxtarov tərəfindən təmiz taxtadan hazırlanmış təqvim 15 dekabr tarixindən başlayır. Hər siyirmə digər “ABAD”çılarımızın əl işləri ilə doldurulub. Bununla da, Siz bir təqvim əldə etməklə 17 müxtəlif “ABAD”çı ailəsinin məhsulunu əldə etmiş və 17 ailənin gəlirinə töhfə vermiş olursunuz. Çünki kiçik sahibkarın ən böyük dəstəkçisi Siz istehlakçılarsınız.Tələsin, məhsul məhdud saydadır.


“ABAD” Gənc Sahibkarların III Forumunda təmsil olunub

Noyabrın 22-də “Gənclər paytaxtı” seçilmiş Tovuz rayonunda Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənc Sahibkarların III Forumu baş tutub.Rəsmi açılışdan sonra baş tutan “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” panel müzakirələrində “ABAD” publik hüquqi şəxsin də rəsmi nümayəndəsi iştirak edib. Dövlət dəstəyindən bəhs edərkən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və sahibkarlıq ekosisteminə olan töhfələri haqqında təqdimat keçirilib. Daha sonra iştirak edən sahibkarlara “ABAD”ın regionda yaradılmış şəraiti haqqında geniş məlumat verilərək, sualları cavablandırılıb.Bundan başqa, III Forumda gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev də çıxış ediblər.Qeyd edək ki, Gənc Sahibkarların III Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.


Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil edilib

31 oktyabr 2022-ci il tarixində Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil edilib.KİV nümayəndələrinin nəzərinə çatdırılıb ki, “ABAD” publik hüquqi şəxsin yaratdığı keramika mərkəzləri ölkəmizin, eləcə də regionun unikal bir yaradıcılıq platformasıdır.2018-2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ("TİKA") tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır.Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün  məhsulların bişirilmə və s. proseslərini  ərsəyə gəlməsinə dəstək verir. Hazırda Mərkəzdə on əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır.Ölkəmizdə yeni brendlərin əsasının qoyulması “ABAD”ın ali məqsədlərindəndir. Belə ki, Mərkəzdə yaradılmış şəraitdən və “ABAD” xidmətlərindən yararlanmaqla “ART Factory” adlı yeni “ABAD”çı müəssisə formalaşıb. “ABAD”çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar