× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Əmiraslan Şamilov | Region: Şəki | Kəlağayı
Əmiraslan Şamilov
Şəki şəhərində ipəkçiliyin inkişafı burada kələğayı sənətinin inkişafına böyük təkan verib. Qədim Şəkinin istedadlı ustaları bu gün də Azərbaycanda geyim elementi kimi istifadə edilən zərif kəlağayıları ilə bütün ölkədə tanınırlar.

Belə sənətkarlardan biri “ABAD”-ın dəstəklədiyi Əmiraslan Şamilovdur.

48 ildir ki, kələğayı hazırlayan Əmiraslan bəy bu sənətin ona ulu babalarından keçdiyini bildirir.

Hazırladığı kəlağayıların üzərinə zərif naxışlar vuran sənətkar daha çox buta naxışlarına üstünlük verir.

Kələğayı sənətini dünyaya tanıtmaq və bu sənəti gələcək nəsillərə ötürmək istəyən Əmiraslan bəy “ABAD” sosial layihəsinə qoşulub.

Bu gün ustad sənətkarımızın nəfis əl işləri “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində təqdim olunur.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar