× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Şirin Əsədullayeva | Region: Masallı | Həsirçilik
Şirin Əsədullayeva
Masallı rayonu, Türkoba kənd sakini Şirin Əsədullayeva Azərbaycan sənətkarlığının gözəl nümunələrindən olan həsirçilik sənəti ilə məşğuldur. O, artıq 26 ildir ki, bu sənətin incəliklərini öz əl işlərinə tətbiq edərək müxtəlif məişət əşyaları hazırlayır.

Qamışın lığ, pizə, ziyəlığ, cil kimi növlərini toplayaraq onlardan burma, eşmə üsulları ilə ciyə hazırlayıb, istifadəyə yararlı əşyalar düzəldir.

“Əsas məqsədim unudulmaqda olan bu sənəti insanlara tanıtmaqdır” deyən Şirin xanım qeyd edir:

“Həm satış, həm şəxsi istifadə məqsədi ilə hazırladığım bu əşyalar öz keyfiyyəti ilə fərqlənir. Mən mətbəxdə istifadə etdiyim bəzi əşyaları da həsirdən hazırlayıram. Kənd təsərrüfatı məhsullarını saxlamaq üçün həsir səbətlər, daşınma üçün zənbillər, mətbəxdə istifadə üçün çilövsüzənlər gündəlik həyatda istifadə etdiyimiz əşyalardır. İndi istəyirəm ki, bu kimi təmiz, ekoloji sağlam məişət əşyalarından bütün xalqımız istifadə etsin”.

“ABAD” ailəsinə qoşulan sənətkar artıq müxtəlif tərtibatlarda müxtəlif həsir məhsulları hazırlayır. “ABAD” Şirin Əsədullayevaya yeni dizaynlarla bağlı zəruri dəstək göstərir.

Qeyd edək ki, Şirin Əsədullayevanın məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar