× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” publik hüquqi şəxsin yaradılmasının 10 illiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ABAD”ın 10 illik fəaliyyəti ərzində ailə bizneslərinin inkişafı, məşğulluğun artırılması və yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əldə olunan nəticələri qeyd edib, qurumun əməkdaşlarını yubiley münasibətilə təbrik edib.“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun 10 illik fəaliyyətinin nəticələri ilə bağlı çıxış edib. Bildirilib ki, 2016-cı ildə Masallıda pilot layihə kimi fəaliyyətə başlayan “ABAD” ötən müddət ərzində 723 ailə biznesinə dəstək göstərib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir.“ABAD”çıların istehsal etdiyi məhsulların satış həcmi 20 milyon manata çatıb.“İdeyadan rəflərə” prinsipi ilə fəaliyyət göstərən “ABAD” ailə bizneslərinə biznes-planlaşdırma, brendinq və dizayn, hüquqi və mühasibat dəstəyi, sertifikatlaşdırma, logistika və satışın təşkili üzrə kompleks xidmətlər göstərir.Ötən 10 il ərzində “ABAD” məhsullarının satış imkanları da genişləndirilib. Məhsullar “ABAD” etno-butikləri ilə yanaşı, müxtəlif supermarket şəbəkələrində və onlayn platformalarda istehlakçılara təqdim olunur. Eyni zamanda yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində mikro və kiçik sahibkarların inkişafına, milli sənətkarlıq ənənələrinin qorunmasına və yeni məhsulların bazara çıxarılmasına yönəlmiş layihələr həyata keçirilib.Tədbir çərçivəsində “ABAD”ın 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, xidməti fəaliyyətində fərqlənən əməkdaşlar, eləcə də fəaliyyəti və uğurları ilə seçilən “ABAD”çılar təltif ediliblər.“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurum ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionlarda sahibkarlığın təşviqi və yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. 


“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.“ABAD”ın “Brendinq Platforması” mövzusu üzrə çağırışın qalibləri Fuad Bağıyev və Fatimə Bağırova seçiliblər.Çağırışlar çərçivəsində ümumilikdə 12 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər həll üzrə ən yüksək nəticə göstərən 5 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.Bu təşəbbüs “ABAD” məhsullarının brendləşdirilməsi, etiketlənməsi və dizayn proseslərinin süni intellekt vasitəsilə daha səmərəli idarə olunmasına yönəlib.Yekun mərhələdə isə çağırış üzrə bir qalib komanda 3000 AZN məbləğində mükafat ilə təltif olunub.“ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.Ətraflı məlumat üçün: https://asanhub.ai/


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners