× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda davam edir. İlkin mərhələ olaraq “Gənc arıçı” layihəsinin seçimləri baş tutub. Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub. Gənc arıçılar 22 may 2024-cü il tarixindən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddətində nəzəri və praktiki biliklər əldə edəcək, təlim müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək. Xatırladaq ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners