× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Hadı İsmayılov | Region: Masallı | Mürəbbələr
Hadı İsmayılov
“ABAD”ın dəstək göstərdiyi İsmayılovlar ailəsi Masallının Əhmədli kəndinin sakinləridir. Ailənin başçısı Hadı İsmayılov uzun müddətdir ki, kənd təsəsərrüfatı ilə məşğuldur.

Əkinçilik sahəsi üzrə ixtisaslaşmış ailənin çiyələk plantasisiyası var.

İsmayılovlar sahələrindən topladıqları məhsulları xammal şəklində satmaqla yanaşı, bir neçə ildir ki, cem və mürəbbə istehsalı ilə məşğuldurlar.

Ailə uzun illər kustar üsulla hazırladığı məhsullardan şəxsi tələbatı ödəmək və qonşu kəndlərdə satış üçün istifadə edib.

Masallı “ABAD” mərkəzin fəaliyyətə başlamasından sonra İsmayılovlar təsərrüfatlarından topladıqları məhsulları xammal kimi deyil, əlavə dəyər qatmaqla bazara çıxarmaq qərarına gəliblər.

Ailə başçısı Hadı İsmayılov qeyd edir:

“Mənim həyətyanı sahəmdə əkdiyim meyvələr öz dadı və keyfiyyəti ilə fərqlənir. Əsasən çiyələk xüsusi qaydada yetişdirilir. Bu sahə üzrə artıq 20 ildir ki, təcrübəm var. Əminliklə söyləyə bilərəm ki, bu məhsullar heç bir kimyəvi maddə qatılmadan becərilir. Ailəmizin mürəbbə istehsalı üzrə bir ailə brendi olaraq formalaşması üçün “ABAD”a müraciət etdik və bizə hərtərəfli dəstək göstərildi”.

“ABAD”a müraciət edən İsmayılovlar ailəsi cem və mürəbbə istehsalı üzrə zəruri avadanlıqlar, brendinq və dizayn, satış bazarının təşkili kimi xidmətlərdən yararlanıblar.

Bu gün ailə təqdim olunmuş avadanlıqlardan istifadə ilə bağlı təlim keçir.

Növbəti mərhələdə İsmayılovlar ailəsinin hazırladıqları yüksək keyfiyyətli məhsulları bu ailəyə məxsus brend adı altında böyük supermarketlər şəbəkəsində satışa çıxarılacaq.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar