ABADçı: Əlixan Əliyev | Region: Balakən | Mürəbbələr
İlk dəfə 30 il əvvəl mürəbbə bişirməyə başlayan Əliyevlər ailəsi, zamanla bu peşənin mütəxəssisinə çevrilib, hazırladığı mürəbbə, cem və kompot çeşidlərinin sayını artırıb.
Ailə hazırladığı məhsulların bir hissəsini şəxsi tələb üçün istifadə etsə də, böyük hissəsini yerli bazarda reallaşdırıb.
Əlixan Əliyev cem və mürəbbə istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara çıxış əldə etmək üçün “ABAD”a müraciət edib.
“ABAD” Əlixan Əliyevi mürəbbələri daha yüksək keyfiyyət və bütün standartlara uyğun hazırlamağa imkan verən zəruri istehsal avadanlıqları ilə təmin edib.
“ABAD”çı üçün “Yay səbəti” mürəbbə brendi yaradılıb. İstehsal olunan məhsullar “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılıb.
Ailə “Yay səbəti” brendi altında zoğal, ərik, albalı, böyürtkən mürəbbələri, armud və əncir cemlərinin hazırlanması ilə məşğuldur.
Əlixan Əliyev gələcəkdə bazara çıxarılacaq məhsul çeşidlərinin sayını artırmağı düşünür.
O, bu mürəbbə növlərini əsasən şəxsi təsərrüfat sahəsində yetişdirdiyi, özünün becərdiyi ağaclardan dərilmiş meyvələrdən hazırlamağa üstünlük verir.
Əlixan Əliyevin sözlərinə görə, onun əsas məqsədi mürəbbə şirniyyatını yaşatmaqdır və o, bu işdə “ABAD”ın dəstəyinə güvənir.