× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Məhəmməd Xəlilov | Region: Balakən | Mürəbbələr
Məhəmməd Xəlilov
Məhəmməd Xəlilov Balakən rayonunun Yeni Şərəf kəndindən olan “ABAD”çıdır. Xəlilovlar ailəsi uzun müddətdir ki, ev şəraitində mürəbbə istehsal edir.

Ailənin təsərrüfat imkanlarını genişləndirmək, böyük bazara çıxış əldə etmək istəyi Məhəmməd Xəlilovu “ABAD”a gətirib:
“Özüm mühasib işləyirəm. Lakin həyətyanı sahəmizdə bir çox ağaclarımız var. Özümüz üçün hazırlayıb, qalan xammalın batmasına heyfslənirdim. Mürəbbələri böyük həcmdə hazırlayıb bir brend kimi bazara çıxartmağın yollarını axtarırdım. “ABAD” haqqında məlumat alanda, bu qurumun mənə dəstək olacağını düşündüm. “ABAD” bizə zəruri avadanlıqların alınmasında köməklik göstərdi. İndi daha çox çeşiddə, daha böyük həcmdə mürəbbə hazırlayırıq”.
Xəlilovlar ailəsi üçün “Budaqdan” brendi hazırlandı. Hazırda bu ad altında qoz, qızılgül, gavalı, şaftalı, ağ gilas, eləcə də “delikates” sayılan - Balakən zonasına xas xırda badımcan mürəbbələri satışa çıxarılıb”.
Qeyd edək ki, “Budaqdan” brendinin mürəbbələrini “ABAD” sərgi-satış mərkəzləri və “Bravo” hipermarketlər şəbəkəsində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar