× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Nərminə Rüstəmova | Region: Bakı | Oyuncaqlar
Nərminə Rüstəmova Nərminə Rüstəmova Nərminə Rüstəmova

Bakı sakini Nərminə Rüstəmova kuklaçı-dizaynerdir. ABADçının yumşaq oyuncaqları həm uşaqların, həm də böyüklərin maraq dairəsindədir. Nərminə xanımın dediyinə görə, o ilk yumşaq oyuncağını qızı dünyaya gələndə hazırlayıb:

“Anam həkim olub, lakin buna baxmayaraq həm tikməyi, həm də toxumağı gözəl bacarırdı. Təbii olaraq anam öz bacarıqlarını mənə də öyrətmişdi. Amma bu bacarıqlarımı çox vaxt istifadə etmirdim. Ana olduğum zaman yerli bazarda təbii teksturalı yumşaq oyuncaqlar tapa bilmirdim. Xaricdən də gətirmək baha olurdu. Beləliklə, ilk oyuncağımı hazırladım. Daha sonra bu oyuncaqları rəfiqələrim görüb bəyəndi və öz uşaqları üçün sifariş etdilər. Bax belə tanınmağa başladım”.

Sənətkar “ABAD”a qoşulmağını belə xatırlayır:

“Bir gün həyat yoldaşım beynəlxalq hava limanında"Duty free" zonasında-də “ABAD” etno-butikini gördü və mənə gəlib dedi ki, sənin əl işlərin tipli məhsullar satan bir mağaza gördüm. Mən də araşdırdım və "ABAD"a müraciət etdim. Satışlarımdan da çox razıyam. Fasiləsiz satışların təşkili və nəticədə hər ay gəlir əldə etmək mənə və ailəmə böyük dəstək oldu”.

Qeyd edək ki, Nərminə Rüstəmovanın əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar