× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Rühangiz Rəhimova | Region: Şəki | Oyuncaqlar
Rühangiz Rəhimova Rühangiz Rəhimova Rühangiz Rəhimova Rühangiz Rəhimova Rühangiz Rəhimova

Şəki şəhəri sakini Rühangiz Rəhimova toxucudur. Şəki Pedaqoji texnikumunun əmək və rəsimxət fakultəsinin məzunudur. 10 ildir ki, uşaq bağçasında tərbiyəçi vəzivəsində çalışır:

“Əl işlərinə marağım uşaq yaşlarından yaranıb. Məktəbdə ən sevdiyim dərs əmək dərsi idi. Bu fənndən həmişə “əla” qiymət almışam. Əmək dərsi mənə həyatım ən sevdiyi işi – toxuculuğu öyrətdi”.

R,Rəhimova hələ Şəki Pedaqoji Texnikumunda oxuyarkən toxuma əl işlərim bir çox sərgilərdə sərgilənib. Lakin o zamanlar yalnız özü və ailəsi üçün bu məhsullardan hazırlayırdı:

“Əl işlərim əsasən müxtəlif ölçülü gəlincik və eko-oyuncaqlardan ibarətdir. Daha sonra onların satışı barəsində fikrə getdim. Tələbatı görüncə “ABAD” publik hüquqi şəxsə müraciət etdim. Müraciətimə cavab olaraq regionumuzda yeni bir lyihə haqda bəs etdilər. Layihə çərçivəsində bir çox sahələrdə, eləcə də sahibkarlıq biliklərini artırılmasına dair təlimlərin olduğu və təlim əsnasında bir çox üstünlüklərimizin olduğunu söylədilər. Mən də sevə-sevə qoşuldum. Layihə 3 il davam etdi, və dedikləri qədər vardı.

Beləliklə, 2017-ci ildə “ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi start verdi.  Qeyd edilmiş regiondan 44 ailə seçilərkən 66%-i əl işlərinin hazırlanmasına, 34%-i isə ərzaq məhsullarının istehsalına cəlb olundu.

Seçilən ailələrə və "ABAD" əməkdaşlarına bilik və bacarıqların artırılması ilə bağlı 13 təlim keçirildi. Təlimlərin nəticəsində iştirakçılar kiçik və orta biznesin inkişafı, məhsulların sertifikatlaşdırılması və monitorinqi, qablaşdırma və logistika, brendinq və satış, kiçik və orta ölçülü biznes üzrə beynəlxalq ticarət, beynəlxalq kommunikasiya, korrupsiyaya qarşı mübarizə, dürüstlük və gender bərabərliyi məsələlərinə dair biliklərə yiyələndilər.

Bazar tələbatına uyğun məhsullar istehsal edə bilmələri üçün kiçik ölçülü avadanlıqlar və istehsal qurğuları ilə təmin etmək məqsədilə layihə çərçivəsində seçilmiş ailələr avadanlıqlarla təchiz olundu.

Rühəngiz Rəhimova da seçilmiş iştirakçılar sırasına daxil oldu.

“Artıq bir ildən çoxdur ki, “ABAD” vasitəsilə əl işlərimin daha geniş satışı təşkil olunur.Gələcəkdə başqa növ əl işləri də hazırlamaq və bu işlə daha geniş məşğul olmaq istəyirəm”.

Qeyd edək ki, “ABAD”, UNDP və Aİ-nin birgə “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində 44 “ABAD”çının məhsulları “ABAD” etno-butik və bakaleyalarında satışa çıxarılır.

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar