× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Əhmədağa Rəhimov | Region: Masallı | Əl işləri
Əhmədağa Rəhimov
Ən müxtəlif sahələrdə çalışan ailə bizneslərinə dəstək göstərən “ABAD” ailəsinin üzvlərindən biri də Masallı rayonundan olan Əhmədağa Rəhimovdur. İllərdir ki, heyvandarlıq sahəsinə böyük maraq göstərən cənublu fermer əsasən ətlik mal-qara saxlanılmasına diqqət ayırıb.

Ailə biznesinə asan dəstək – “ABAD” haqqında məlumat aldıqdan sonra Masallıdakı regional mərkəzə müraciət edən fermer öz istehsal potensialı, təsərrüfat imkanları barədə məlumatları təqdim edərək, kolbasa istehsalına başlamaq istədiyini bildirib.

Lakin kolbasa istehsal etmək üçün xüsusi şəraitə və avadanlığa malik olmadığını qeyd edən Əhmədağa bəy, bu sahədə “ABAD”dan dəstək istəyib.

“ABAD” tərəfindən ət məhsulları istehsalı avadanlığı ilə təmin olunan Rəhimovlar ailəsi artıq bu gün ən yüksək standartlara uyğun, təmiz, keyfiyyətli və dadlı kolbasa məhsulları hazırlayır.

Əhmədağa Rəhimov kolbasa istehsalına olan marağını belə izah edir:

“Xatırlayıram ki, hələ uşaq yaşlarımda atam evdə bizim üçün kolbasa hazırlayırdı və bu kolbasanın dadı tamam fərqli olurdu. Bu gün mən “ABAD”ın təqdim etdiyi istehsal avadanlıqlarının köməyi ilə həmin ailə reseptimizə uyğun hazırlanmış ət məhsullarını bazara çıxartmaq niyyətindəyəm. Düşünürəm ki, Rəhimovlar ailəsinin hazırladığı bu məhsulların dadı dillər əzbəri olacaq”.

Qeyd edək ki, Rəhimovlar ailə təsərrüfatının təqdim etdiyi “Kəndli” kolbasaları böyük supermarketlər şəbəkəsində satışa çıxarılacaq.

Yüksək keyfiyyəti və təkrarolunmaz dadı ilə fərqlənən bu məhsullar “Kəndli” brendi altında bazara çıxmağa hazırlaşır.

 

 

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar