ABADçı: Fazil Ağasiyev | Region: Quba | Ət məhsulları
Fazil Ağasiyev
ət məhsullari istehsalçısıdır. 2018-ci ildən “ABAD” sıralarına qoşularaq Quba “ABAD
Factory” İstehsalat kompleksində kolbasa istehsalı ilə məşquldur.
“İxtisasca
xalq təsərrüfatının əmtəəşünas və ticarət təşkilatçısıyam. Karyeramı da elə
ixtisasıma görə qururdum. Xırdalan qusçuluq fabriki, Xırdalan südçülük sovxozu,
Bakı ət kombinatı və s. qurumlarda əmtəəşünas kimi fəaliyyət göstərmişəm.”
F.Ağasiyevin
sahib olduğu şəxsi təsərrüfatı mövcuddur. O, təsərrüfatında saxladıldığı
mal-qaradan əldə olunan ətin xammal şəklində satışını 15 ilə yaxındır ki həyata
keçirir.
“Doğma
Quba rayonumuzda “ABAD” istehsalat kompleksinin açılışı haqqında eşidəndə bu
fürsətdən istifadə edərək təsərrüfatımdan olan xammaldan kolbasa məhsullarının
istehsalı biznesini qurmaq qərarına gəldim. “ABAD”çı olandan sonra burada
çalışan peşəkar qida texnoloqlarının orijinal reseptlərinə uyğun 100% təbii, kimyəvi
qatqısız və bütün standartlara cavabdeh olan məhsulların istehsalı ilə məşquluq
oluruq. Burada quraşdırılan istehsal avadanlıqları sayəsində məhsulumuz keyfiyyətli
və gözəl alınır. Laborator analizlərinin də elə burada “ABAD Factory”də
keçirilməsi bizim işimizi lap asanlaşdırıb. ”
Hazırda
Quba “ABAD” Factory-də Ağasiyevlər ailəsinin istehsal etdiyi Doktorskaya və
Toyuq kolbasaları ölkənin ən iri marketlər şəbəkəsində satışa çıxarılır.