ABAD
Nominal dəyəri 50 AZN-dən 500 AZN-dək olan “ABAD”dan hədiyyə kartları suvenir sevərlər üçün ən qeyri-adi və gözəl hədiyyə olacaq.
"ABAD" hədiyyə kartlarından istifadə qaydaları:
-Hədiyyə kartı əldə olunduğu andan dərhal aktivləşdirilir və kartdan 12 ay ərzində istifadə etmək mümkündür;
-Hədiyyə kartı yalnız məhsulu almaq üçün istifadə edilə bilər, geri qaytarılmır və balansı artırılmır;
-Hədiyyə kartı yalnız “ABAD” etno-butiklərində suvenirlərin satın alınmasında istifadə oluna bilər;
-Hədiyyə kartı ilə satın alınan məhsulların qaytarılması və dəyişdirilməsi ümumi qaydada həyata keçirilir. 14 gün ərzində məhsulu qaytarıb öz hədiyyə kartınızı (istifadə müddəti bitmədiyi təqdirdə) geri ala bilərsiniz;
-Hədiyyə kartı itirildikdə və ya zədələndikdə (qırıldıqda, çatladıqda, cızıldıqda, istifadəyə yararsız olduqda) “ABAD” publik hüquqi şəxs məsuliyyət daşımır;
-Hədiyyə kartını istifadə edərkən məhsulların ümumi dəyəri nominaldan aşağı olarsa, fərq kompensasiya edilmir;
-Hədiyyə kartından “ABAD” etno-butiklərində endirim və digər aksiyalar zamanı da istifadə edilə bilər;
-Hədiyyə kartları digər nominalda olan hədiyyə kartları ilə dəyişdirilmir;
-Suvenirlərin alışı bir neçə kart vasitəsilə mümkündür.
-Hədiyyə kartının alınması ondan istifadə şərtləri və qaydaları ilə razılaşmanın göstəricisidir.