ABADçı: Rumin Məmmədov | Region: Xaçmaz | İçkilər
ABADçı Rumin Məmmədov Xaçmaz rayonu Susayqışlaq kənd sakinidir. O, Quba “ABAD” Factory İstehsalat Kompleksində alma şirəsi istehsalı ilə məşğuldur.
“4-5 ildir ki, meyvə şirəsini təbii üsul ilə sıxmaq
və saxlamaqla məşğulam. Əvvəllər ev üsulu ilə şirələri hazırlayırdım və
düşünürdüm ki, ən təmiz, təbii və heç bir kimyəvi qatqı əlavə olunmayan məhsulu
əldə etmək üçün yalnız əl ilə birbaşa sıxma düzgün və mümkün üsuldur. Lakin
Qubada “ABAD” Factory İstehsalat Kompleksi ilə tanışlıqdan sonra burada meyvə şirəsinin
hazırlanması üçün avadanlıq barəsində məlumat aldım. Məlumat məni o qədər məmnun
etdi ki, ABADçı olmağa qərar verdim”.
Hazırda M.Rumin öz ailəsi ilə Factory-də alma şirəsi
istehsalı ilə məşğuldur. Bu məhsulun hazırlanmasında hətta təbii qatqı maddələri
belə istifadə olunmur: şəkər, limon duzu və s. Birbaşa çəkildikdən sonra yerindəcə
qablaşdırılır:
“Gələcəkdə digər meyvələrdən də şirələr hazırlamağı
düşünürük: armud, heyva və s. Hazırda bu meyvələri haradan əldə edəcəyimiz ilə
bağlı araşdırma aparırıq. Alma isə öz bağımızdandır. Bağımız Xaçmaz rayonunun Ləcət
kəndində yerləşir. Ləcət bağları öz almaları: “Palmet”in iki növü və
“Simirenka” ilə çox məşhurdur. İndi bağımızın bəhrələrindən istifadə edərək Kompleksdə
müasir avadanlıqla şirə istehsalı, qablaşdırması, etiketləməsi,
sertifikatlaşdırılması proseslərini həyata keçirdirik. “ABAD”a bazara müasir şəkildə
çıxan məhsulumuza görə minnətdarlığımızı bildiririk”.