ABADçı: Sevinc Məmmədova | Region: Quba | Un məmulatları
Tatar mətbəxinin
incilərindən sayılan ləzzətli “Çak-Çak” şirniyyatının Azərbaycan bazarında qeyri-rəsmi
təmsilçisi “ABAD”çı Sevinc Məmmədova hesab olunur. Sevinc xanım Rusiya Federasiyasının Orenburq şəhərində anadan olub. Orada məktəbi
bitirəndən sonra Azərbaycana köçüb və Pedaqoji Universitetinin tələbəsi və məzunu
olub. Həyat yoldaşı Vitaliy Trofimenko isə Sumqayıtda anadan olub, məktəbu Ukraynada
oxuyub. Azərbaycan Neft Akademiyasının məzunudur. Ailənin iki övladı var.
“5 il əvvəl həyat
yoldaşıma çak-çak pay verdilər. Bu orijinal
tatar şiriniyyatını ailəlikcə çox bəyəndik və mağazalarımızda onu axtarmağa
başladıq. Ancaq bütün cəhdlər uğursuz
olduqdan və yoldaşımın həvəsdən düşdüyünü görəndə ona bir təklif etdim: “Sən mənə
yaxşı bal al, çak-çakı özüm şəxsən sənə hazırlayaram. O da əlbəttdə ki “hə”
dedi. Çak-çakım əla çıxdı! İstehsalda yalnız təbii inqridiyentlər istifadə
olunur: un, toyuq yumurtası, bal və s. Daha sonra çak-çakın istehsalı fikri bizdə
formalaşdı”.
Kütləvi istehsala başlamamışdan əvvəl ailə məhsulu bir çox
sınaqlardan keçirdi, bacarıqlarını artırdı. Küncüt, günəbaxan tumu, fındıq və
s. kimi yeni qatqılarla təcrübə yığdı. Hazır məhsulların dequstatorları kimi
ailənin yaxınları və dostları çıxış edirdi. Lakin satışda yüksək dövriyyəyə
nail olmaq üçün böyük investisiya tələbləri ailəni kütləvi istehsalda az qala
imtina etməyi vadar edirdi.
“Bir il əvvəl “ABAD” ilə tanış olduq, ofisdə görüş təyin
olundu, məhsulumuzu təqdim etdik. Elə həmin gün bizə əməkdaşlıq təklif olundu.
Zamanla istehsal sahəsi ayrılıldı, lazimi alət və avadanlıqlarla bizi təmin
etdilər, keyfiyyət sertifikatları əldə etməyə dəstək oldular və markalı qablaşdırma
dizaynını hazırladılar. Hazırda Quba şəhərində, Quba “ABAD Factory” İstehsalat
Kompleksində tam hüquqlu bir istehsalımız var. Məhsulumuz “Bravo”, “Grandmart” və “Bolmart”
mağazalarında təqdim olunur”.
Gələcək planlarından söz açan Sevinc Məmmədova “ABAD”ın dəstəyi
ilə karamel istehsalı xəttini işə salmağı haqqında bəhs etdi. Bu məsələdə də zəruri
avadanlıq və kadr hazırlığı “ABAD” tərəfindən təmin ediləcəkdir.