ABADçı: Minəvvər Tulyakova | Region: Balakən | Əzmələr
“ABAD”ın
ən təkrarolunmaz və çox qısa zamanda bazarda layiqli yerini tutan qida məhsullarından
biri şokoladlı çərəz əzmələridir. Ağ şokoladlı, qara şokoladlı, xurma doşablı
fındıq, qoz və yerfındığı kremləri istehlakçılar tərəfindən xüsusi rəğbət
qazanıb. Orijinal dadı ilə yanaşı faydalı olan bu əzmələr həm uşaqlar, həm böyüklər tərəfindən səhər yeməyi və eləcə də ayrıca şirniyyat kimi sevilir. Bu
xüsusi sirli saxlanan reseptlə istehsal edilən əzmələrin “ABAD”çısı Balakən
rayonu Qaysa kəndinin sakini Münəvvər Tulyakovadır.
“Orta
təhsilliyəm, ailəm kənd təsərrüfatı ilə məşquldur: tütünçülük, baramaçılıq və
s. 2000-ci ildən aşbaz kimi fəaliyyət göstərirəm. Aşpazlıq sahəsinə marağım hər
zaman yüksək olub və regionumuzun bol nemətlərindən olan qoz, fındıq, xurmadan
müxtəlif desertlər icad etməyə başladım. Daha sonra nəvələrimin səhər yeməyinə
şokolad kremi sevgisini görərək onun daha faydalısını hazırlamağı düşündüm. Beləliklə
də, tamamilə təbii və faydalı olan çərəz əzmələrimin reseptini yazdım. “ABAD” o
zaman Balakəndə artıq tanınmış və sevilən bir quruma çevrilmişdi və mən də
resepti təsdiqlədəndən kimi ora müraciət etdim”.
2019-cu ildən M.Tulyakova “ABAD”la müqavilə bağlayaraq “ABAD”çı olub. “ABAD” publik hüqiqi şəxs onu əzmələri istehsal etmək üçün zəruri avadanlıqla təchiz edilmiş konteynerlə təmin edib. Məhsullar bazara isə 2019-cu ilin sonunda çıxarılıb və qeyd etdiyimiz kimi, müştərilər tərəfindən sevilib-seçilir.