ABADçı: Valeh Talıbov | Region: Bakı | Yumurta
Ölkədə rifah səviyyəsinin yüksəlməsi ərzaq məhsullarına tələbi həm artırır, həm orqanik olmasını gərəktirir. Ələlxüsus da bu ət, süd məhsulları və yumurta da özünü biruzə verir. Məhz bu səbəbdən də, təbii məhsulları ilə seçilən “ABAD”ın sıralarına, onu orqanik məhsullarla təmin edə biləcək sahibkarlar daxil edilir.
Valeh Talıbov da kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşqul olan “ABAD”çılardan biridir. Təbii kənd yumurtasının təhcizatı üzrə fəaliyyət göstərir:
“İlk öncə bu işə daha çox öz ailəmizin tələbatına görə başlamışdım. Kiçik bir ferma yaratmışdım. Daha sonra elə öz dost-tanışlarım hər zaman məndən “svejiy” yumurta istədikcə, məhsullarımızı həmçinin satmaq fikrinə gəldim.”
Lakin artan tələbata Valeh Talıbovun tək təsərrüfatı çatdırmırdı. Bu səbəbdən o, digər təsərrüfatlara baş çəkərək bir çox ailələrlə iş birliyi qurdu:
“ABAD”a qoşulduqdan sonra marketlərdən gələn sifarişlərlə birgə işim daha da artdı. Artıq kiçik sahibkar deyil, orta sahibkarlığa doğru addımlar atıram. Müxtəlif kəndlərdən “gəzəyən” toyuqların yumurtalarını əldə edib çeşidləmə, qablaşdırma və paylama işlərinin səmərəli görmək üçün istehsal məkanı açdım. Ondan artıq əməkdaşım, minlərlə müştərim var.”
Qeyd edək ki, “ABAD” brendi altında satışa çıxarılan kənd yumurtası məhsulunu “Bravo” marketlər çəbəkəsindən əldə edə bilərsiniz.