ABADçı: Adil Səfərov | Region: Bakı | Dizayn və dekor
3D çapı yeni dövrün texnoloji inqilabi adlandırırlar. Bu avadanlıq sayəsində xırda avtomobil ehtiyyat hissəsindən tutmuş insan orqanlarınadək çap etmək mümkündür. Əlbəttə ki, suvenir istehsalı sahəsində 3D çapı öz sözünü deyir.
“ABAD”çı Adil Səfərov da bu tip format və printerlə işləmək biliklərinə
malikdir:
“Bir ildən artıqdır 3D formatı ilə maraqlanırdım. Ümümdünya şəbəkəsində
3D formatlı xəritələr hazırlayırdım. Bu işimdən ilhamlanaraq Vətənim doğma Azərbaycanım
üçün də 3D formatlı xəritə hazırladım. Daha sonra fikrimi daha da təkmilləşdirərək
bu xəritəni printerdən çıxaraq masaüstü aksesuara çevirdim.”
Beləliklə, ərsəyə maraqlı bir suvenir çıxdı. İlk öncə A.Səfərov bu məhsulun
onlayn satışlarını həyata keçirirdi. “ABAD” haqda məlumat əldə etdikdən sonra, məhsulun
daha geniş auditoriyaya çatacağını hesablayaraq, “ABAD”a müraciət etdi:
“Müraciət zamanı mənə təqdim etdiyim suvenirin əl işi olduğunu sübüt
etməmi tələb etdilər. Əlbəttə, 3d forması printerdən çıxır, lakin bunun epoksid
qətranla boyaması, postamentinin hazırlanması təmiz əl işidir. Bununla da, “ABAD”çı
oldum. Satışlarım və digər xidmətlərdən də çox razıyam.”
Qeyd edək ki, Adil Səfərovun epoksid və taxta materialların üzərində
Azərbaycanın 3D xəritəsi olan masaüstü orqanazyerləri bütün “ABAD” etno-butiklərindən
əldə edə bilərsiniz.