× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Hikmət İsmayılov | Region: Zaqatala | Çaylar
Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov Hikmət İsmayılov

Bir zamanlar öz keyfiyyətinə görə nəinki Azərbaycanda və keçmiş SSRİ-də, hətta dünyada şöhrət qazanan Zaqatala çayı bu gün “ABAD”ın sayəsində yeni nəfəs alır. Belə ki, “ABAD”çı Hikmət İsmayılov Zaqatala çayının tanınması üçün “Xəmsə” brendi yaradıb.

“Mən Zaqatala rayonunda göz açmışam, məktəbi də burada bitirmişəm. İxtisasca kimya mühəndisiyəm. Bizim evdə həmişə yalnız elə doğma rayonumuzun çayı dəmlənib. Hər zaman çox təəcüblənirdim, Azərbaycanda çay deyiləndə nədənsə hər kəs yalnız Lənkəran-Astara zonasını düşünür. Amma Zaqatala çayı öz dadı və büzücülüyü ilə çox fərqlənir."

Hazırda Zaqatala rayonunun yalnız “Qazangöl” adlanan ərazisində plantasiya var. Bu plantasiya iki dağın ətəyində yerləşir, bu iki dağ da burada xüsusi mikroklimat yaradır ki, bu kiçik vadidə yetişən çaylar xüsusi ətirli və gözəl olur. H.İsmayılov da bu əsl patriot kimi Zaqatala çayına yenidən o şöhrəti gətirməyi özünə məqsəd qoyub:

“2018-ci ildən “Qara çay” adı ilə satışlara başladıq. Bir ildən sonra “ABAD”la tanış oldum, və təkmilləşdirmə işlərinə start verdik. Dahi Nizami Gəncəvinin Xəmsəsindən ilhamlanaraq beş çeşid, yəni hər müştəri seqmenti və hər ağız dadına uyğun olan (sadə çayı üç növə bölməklə, müxtəlif əlavəli çaylar hazırlamaqla) “Xəmsə” brendini yaratdıq."

Hazırda bu beşliyə

-      Sirlər Xəzinəsi – buket qara çay;

-      İskəndərnamə - yarpaq çay;

-      Leyli və Məcnun – ekstra çay;

-      Xosrov və Şirin – qızılgüllü çay;

-      Yeddi gözəl – kəklikotulu ekstra çay daxildir.


“ABAD”la iş birliyim çərçivəsində mənim brend çaylarım onlarla marketlərdə və “ABAD” etno-butiklərində satışdadır. Ölkə daxili, eləcə də ölkə xaricində də öz auditoriyası var. Bu çayı bircə dəfə dadan yenidən onu axtarır, rəngarəng miniatürlü qablaşdırma da heç kəsi biganə qoymur.

 

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar