× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Turan Yusifli | Region: Sumqayıt | Qənnadı
Turan Yusifli

“ABAD”çı Turan Yusifli Sumqayıt şəhəri sakinidir və “Narni” brendinin təsisçisidir. Hazırda “Narni” brendi altında müxtəlif şirinquşlar satışa çıxarılır.

“Özümü tanıyandan hər zaman şəxsi işimin, sırf mənə məxsus olan bir məhsulun istehsalçısı olmağımın marağında idim. Çünki elə bu mühitdə böyüyürdüm. Anam evdə qənd hazırlayırdı. Satışlarını da ailəmiz özü təşkil edirdi. Nənəm də bizi sevindirmək üçün bu şəkərdən şirinqular hazırlayırdı.

Günlər keçdi, illər keçdi, ailəmin biznesi artdı. Öz mağazamız oldu. Bir gün orada nənəmin resepti ilə lakin özüm hazırladığım şirinquşu satışa çıxardım. Məhəlləmizin uşaqları bu məhsulu bəyəndi. Məhsulun üzərində işləməyə başladım, şirniyyat təlimlərinə getdim, püxtələşdim və biznesimi artırmağa qərar verdim.”

Ailə biznesinə dəstək verən “ABAD” T.Yusiflini sahibkar olmağı üçün xidmətlər təklif etdi. Müqavilə bağlanıldı, biznes-plan hazırlandı, Quba “ABAD Factory”-də məhsulun istehsalı üçün şərait yaradıldı, xüsusi resept hazırlandı, zəruri sertifikatlar üçün sorğular göndərildi, brendinq və digər müxtəlif işlər həyata keçirildikdən sonra “Narni” brendi altında şirinquşlar satışa çıxarıldı.

“Tam təbii olan, heç bir kimyavi qatqısı olmayan, yalnız qida boyası və şəkərdən ibarət olan məhsulumu “BRAVO” kimi iri marketlərdə satışda görəndə sevincimin həddi-hüdudu olmur. İndi isə brendimin altında başqa “uşaqsevindirici” məhsulların çıxması haqqında düşünürəm. Əminəm ki, “ABAD” bu işdə də mənə dəstək olacaq.”



Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar