ABADçı: Şirin Əsədullayeva | Region: Masallı | Həsirçilik
Qamışın lığ, pizə, ziyəlığ, cil kimi növlərini toplayaraq onlardan burma, eşmə üsulları ilə ciyə hazırlayıb, istifadəyə yararlı əşyalar düzəldir.
“Əsas məqsədim unudulmaqda olan bu sənəti insanlara tanıtmaqdır” deyən Şirin xanım qeyd edir:
“Həm satış, həm şəxsi istifadə məqsədi ilə hazırladığım bu əşyalar öz keyfiyyəti ilə fərqlənir. Mən mətbəxdə istifadə etdiyim bəzi əşyaları da həsirdən hazırlayıram. Kənd təsərrüfatı məhsullarını saxlamaq üçün həsir səbətlər, daşınma üçün zənbillər, mətbəxdə istifadə üçün çilövsüzənlər gündəlik həyatda istifadə etdiyimiz əşyalardır. İndi istəyirəm ki, bu kimi təmiz, ekoloji sağlam məişət əşyalarından bütün xalqımız istifadə etsin”.
“ABAD” ailəsinə qoşulan sənətkar artıq müxtəlif tərtibatlarda müxtəlif həsir məhsulları hazırlayır. “ABAD” Şirin Əsədullayevaya yeni dizaynlarla bağlı zəruri dəstək göstərir.
Qeyd edək ki, Şirin Əsədullayevanın məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.