ABADçı: Zinyət Mirzəzadə | Region: Bakı | Batika
Kəlağayının hazırlanması texnikası üzərində müxtəlif sənət sahələri inkişaf edib.
Onlardan biri – batika sənəti Şərqi Asiyanın müasir incəsənət növlərindən biri kimi bu gün UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi siyahısına da daxil edilib.
Azərbaycanda batika sənətini inkişaf etdirən istedadlı, gənc sənətkarlarımızdan biri Bakı şəhər sakini Zinyət Mirzəzadədir.
Sənətkarlar nəslində dünyaya göz açan Zinyət xanım ipək, tül və ya pambıq parçalar üzərində əridilmiş mumdan istifadə edir və əsrarəngiz əl işləri hazırlayır.
Onun hazırladığı bir-birindən fərqli və göz oxşayan məhsullar müxtəlif ölkələrdə sərgilənib.
Zinyət xanım öz əl işlərini daha geniş auditoriyaya çatdırmaq və bu istiqamətdə öz biznesini qurmaq üçün “ABAD”a müraciət edib.
Layihə çərçivəsində onun əl işlərinin satışı “ABAD” sənətkarlıq mərkəzləri tərəfindən həyata keçirilir.