ABADçı: Muxtar Mahmudov | Region: İsmayıllı | Dəri məhsulları
İsmayıllı rayonu sakini Muxtar Mahmudov dabbaqlıq sənəti ilə məşğuldur.
Uşaq yaşlarından bu sənətin sirrlərini baba və atasından öyrənən Muxtar bəy müxtəlif dəri məhsulları hazırlayır.
Dabbaqlıq Lahıcda metal emalından sonra tarixən ən çox inkişaf etmiş sənət növü olduğunu qeyd edən Muxtar Mahmudov müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar - ayaqqabı, kəmər, dəri gödəkcələr və yəhərlər hazırlayır.
Hazırlanan bu məhsullar Lahıc qəsəbəsinin sakinləri və buraya səfər edən turistlər tərəfindən alınır.
Lakin satış bazarının kiçik olması bu məhsulları geniş kütləyə tanıtmaqda və satışının təşkilində sənətkara mane olub.
“ABAD”a müraciət edən Muxtar ustanın məhsulları hazırda “ABAD” sənətkarlıq mərkəzləri vasitəsilə daha geniş auditoriyaya təqdim olunur.