Qazax
Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Dağın ətəyindən başlanan düzənlik alp çəmənlikləri ilə örtülmüşdür. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsi yerləşir. Dərənin o tayında Qaraqoyunlu dağı ucalır. Çaylar boyunca tuğay meşələri uzanıb gedir.Tarixdən məlumdur ki, VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd «Kasal» adlı yaşayış məntəqəsi salınmışdır. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir.