Şabran
Şabran
rayonu Bakıdan şimalda Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi
şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Quba, Xaçmaz və Siyəzən
rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu,Bakı-Rostov avtomobil
yolu,Bakı-Novorosiysk neft kəməri,Samur-Abşeron kanalı,1914-cü və Sovet dövründə
çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.