İmişli
İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisininin cənubundan keçir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır. Araz sahilindəki Tuğay meşələri tarix boyu yaşayıb gəlmiş ağaclarla zəngindir. Burada hətta dəmirağac da bitir.