× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək

8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi baş tutub. Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədi ilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.Samir Qurbanov “PMD Hospitality”nin idarəçiliyndə olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və "ABAD"çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.


Berqama bələdiyyəsinin sədri Şəki "ABAD" Keramika və Tətbiqi sənət mərkəzini ziyarət edib

2022-ci il 23 avqust tarixində Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın bu qədim diyarına səfər edib. Səfər çərçivəsində qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib. Rəsmi heyət həmçinin qoruğda yerləşən “ABAD” Keramika və Tətbiqi sənət mərkəzini də ziyarət ediblər. Görüşdə Şəki Şəhər İcra hakimiyyətinin nümayəndələri və deputat Vüqar İsgəndərov iştirak ediblər. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib.Diqqətə çatdırılıb ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Müasir avadanlıqla təchiz edilmiş mərkəz ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasında töhfə verir. Cənubi Qafqazda ilk Keramika Mərkəzi olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi sayəsində Şəki şəhəri Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners