× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
“ABAD”ın yaradılmasından 4 il ötür
22.09.2020
“ABAD”ın yaradılmasından 4 il ötür

Bu gün “ABAD” publik hüquqi şəxsin yaradılmasının 4-cü ildönümüdür.


“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.


Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.


“ABAD” dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrini həyata keçirilir. Həmin layihələrin icrasının təmin edilməsi məqsədi ilə yerli, xarici və beynəlxalq şirkət və təşkilatlarla əməkdaşlıq münasibətləri qurulub və investisiyalar cəlb edilib. Qeyd edək ki, istehsal olunan məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.


“ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, brendinq və dizayn, mühasibatlıq, təlimlər, hüquqi yardım, qablaşdırma, logistika və ən əsası, satışın təşkili daxildir.


Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini Masallı, Balakən, Quba, Şəki, İmişli və Tovuz olmaqla 6 regional mərkəz, 10 etno-butik (İçərişəhər, Hava Limanı, Dəmiryolu vağzalı, Fairmont Baku mehmanxanası, Milli Gimnastika Arenası, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi, Masallı “ASAN Həyat” kompleksi, Şamaxı rayonu - Dəmirçi kəndi, Qəbələ rayonu-Tufan dağ dağ-xizək kurortu, Şəki “Keramika və tətbiqi sənət” mərkəzi), 5 “Food Hall” ( İmişli, Şəki, Şamaxı, Kürdəmir və Ağcabədi), Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi, “Bravo” marketlər şəbəkəsində təşkil edilmiş 8 “ABAD” bakaleyaları və stendləri (Koroğlu, Babək, Əhmədli, 20 Yanvar, Gənclik Mall, 28 Mall, Dəniz Mall və Şokolad Tower), 22 ədəd istehsal konteyneri (10 ədəd Masallı və 12 ədəd Balakən), iki “ABAD Factory” (Quba “ABAD Factory” İstehsalat Kompleksi və Tovuz “ABAD Factory” Bitkilərin Qurudulması və Emalı Fabriki) və iki "ABAD" Məktəb (Quba və Tovuz) vasitəsilə həyata keçirib.


“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 466 ailəyə dəstək göstərib, hazırda onlardan 419-u (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”ın dəstək göstərdiyi “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.


Yaxın persprektivdə "Paşa Holdinq"in dəstəyi ilə Quba “ABAD Factory” 2 (Qablaşdırma və İstehsalat Kompleksi), Nardaran Keramika və Tətbiqi Sənət mərkəzinin açılışı, dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.



ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar