Noyabrın 16-da 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin nəzdində fəaliyyət göstərən “ABAD” etno-butikinin yenilənmiş interyeri təqdim olunub.
Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 334 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz.
Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir:
- “ABAD” etno-butiki İçərişəhər filialı;
- “ABAD” etno-butiki “Fairmont” filialı;
- “ABAD” etno-butiki “Duty Free” filialı;
- “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;
- “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;
- “ABAD” etno-butiki Qəbələ filialı;
- “ABAD” etno-butiki Şəki filialı;
- “ABAD” etno-butiki Masallı filialı;
- “ABAD” etno-butiki Milli Gimnastika Arenası filialı (yalnız iri beynəlxalq yarışlar zamanı).